Hörmətli bizə müraciət edən şəxslər !



Hörmətli bizə müraciət edən şəxslər !
Sizin kimi ictimai fəal insanların neqativ halları görərək bizə ümidlə müraciət etməsi cəmiyyət və aidiyyəti qurumlar üçün vacib bir çağırışdır. Həqiqətən də bəzi qurumların bu müraciətlərə operativ reaksiya verməsi təqdirəlayiqdir.
Biz sizdən də xahiş edirik ki, rastlaşdığınız problemləri bizimlə bölüşməkdən çəkinməyin. Tam əminliklə bildiririk ki, ölkəmizdə istənilən dövlət qurumunda və təşkilatında səmimi, məsuliyyətli və işgüzar şəxslər var. Onlar bizim xahişlərimizi nəzərə alaraq, bir çox məsələlərin həllinə kömək edirlər.
Paylaşdığımız neqativ hallara aidiyyəti qurumlar tərəfindən göstərilən diqqət, operativ reaksiya və həssas münasibətə görə təşəkkürümüzü bildiririk.
Bu yanaşma həm cəmiyyətdə inam hissini gücləndirir, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu göstərir.
Minnətdarlıqla, azgundem.az saytından.

Oxunub: 55
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az