Hörmətli aidiyyəti qurumların nəzərinə.




Hörmətli aidiyyəti qurumların nəzərinə.
Əvvəlcə qeyd etmək istərdim ki, mərkəzi parkımızda son zamanlar görülən səliqə-sahman işlərinə görə təşəkkür edirik. Sevindirici haldır ki, bəzi neqativ hallara səbəb olan şəxslər də artıq park ərazisindən uzaqlaşıb. Polislərimizin də bu istiqamətdə növbə çəkmələri və ərazidə asayişi qorumaqları təqdirəlayiqdir, onlara da minnətdarlığımızı bildiririk.
Lakin bir kiçik xahişimiz var ki, parkın idman və sağlamlıq məqsədilə nəzərdə tutulan hissəsində işıqlandırma yoxdur. Əgər bu hissədə işıqlandırma təmin olunsa, biz idmanla məşğul olmaq istəyən vətəndaşlar axşam saatlarında da rahatlıqla və sakit şəkildə məşqlərimizi davam etdirə bilərik.
Ümid edirik ki, bu məsələ tezliklə diqqətə alınacaq.
Əvvəlcədən təşəkkür edirik.

Oxunub: 47
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az