Əfsanəvi zabit. Polkovnik Sabir Şabanov.




Əfsanəvi zabit. Polkovnik Sabir Şabanov.
Şamaxı ictimaiyyəti əfsanəvi zabit Sabir Şabanovu yaxşı tanıyır. Bu insanla Şəxsi tanışlığımız var. Vətənimizin ərazi bütövlüyü uğrunda mərdliklə vuruşan bu igid zabit qanlı döyüşlərdə qəhrəmanlığı ilə ad qazanıb. Polkovnik Şabanovun şərəfli ömür yolu çox zəngindir. Onun igidliyi, döyüşlərdə göstərdiyi şücaət bir neçə kitabda əksini tapıb. Ölkəmizin müdafiəsində böyük xidmətləri olan polkovnikin adı Qarabağlılar tərəfindən daim hörmətlə yad olunur. Qarabağ uğrunda aparılan döyüşlərdə fəal iştirak edən Şabanov bir neçə fəxri hərbi ada da layiq görülüb.
1997-ci ildə polkovnik rütbəsi ilə ehtiyata buraxılan Sabir Şabanov xüsusi bir nümunə ilə yadda qalıb: o, polkovnik rütbəsində ola-ola uzun müddət general vəzifəsini icra edən yeganə həmkəndlimizdir.
Onun Ağdərə  və Əsgəran əməliyyatlarındakı qorxmazlığı, yüksək komandanlıq bacarığı bu gün də döyüşçülər arasında hörmətlə xatırlanır. Polkovnikin Füzuli, Zəngilan və Ağdam istiqamətlərində apardığı əməliyyatlar Qarabağlıların, xüsusilə də Ağdamlıların yaddaşında silinməz izlər buraxıb. Qarabağ müharibəsində öz kəndini, el-obasını bir komandan kimi təmsil edən Sabir Şabanov canlı qəhrəman kimi hər birimizin qürur mənbəyidir.
Şəkildə: Səbuhi Qarayev və Sabir Şabanov.

Alxas Məmmədov.

Oxunub: 47
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az