Ketoasidoz insulinin ciddi çatışmazlığı nəticəsində yaranan, həyat üçün təhlükəli vəziyyətdir. Orqanizmdə qlükozanın uzun müddət yüksək səviyyədə olması ilə keton cisimlərinin artması və susuzlaşma müşahidə olunur.
Adətən tip 1 şəkərli diabet zamanı inkişaf etsə də, nadir hallarda tip 2 diabet zamanı, xüsusən də ağır xəstəliklərlə birgə meydana çıxa bilər.
Diabetik ketoasidozun əsas əlamətləri bunlardır:

Qanda qlükozanın səviyyəsinin yüksəlməsi;

Sidikdə ketonların çoxalması;

Susuzluq və sidiyə tez-tez getmə;

Qarın və əzələ ağrıları;

Qusma, iştahasızlıq, baş ağrısı və ümumi zəiflik;

Nəfəsdən şirintəhər meyvə qoxusunun gəlməsi.
Vaxtında müdaxilə edilməzsə, orqanizmdə həyati funksiyaların pozulmasına səbəb ola bilər.
Şəkərli diabetdən əziyyət çəkən şəxslər bu simptomları hiss etdikdə vaxt itirmədən həkimə müraciət etməlidirlər.
Oxunub: 29
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az