“Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə start verilib.


İyulun 18-də “Bakı Ekspo Mərkəzi”ndə “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün final mərhələsinə start verilib. Açılış mərasimində müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, maliyyə naziri Sahil Babayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev, qaliblər, media nümayəndələri və finalçılar iştirak ediblər.
Müsabiqənin builki konsepti Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqələndirilib. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin beşinci ildönümü və “Yüksəliş” müsabiqəsinin beşinci mövsümü eyni ilə təsadüf edir. 
Qeyd edək ki, final mərhələsi 20 iyul tarixində başa çatacaq və ölkənin ən istedadlı kadrları arasında növbəti qaliblər müəyyən olunacaq. Bununla da beşinci “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.

Oxunub: 37
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az