Şirvanın səsi qrupunun fəal üzvü Adğözəlov Qəhrəman Əbülhəsən oğlu. Eloğlu imzalı qələm sahibi.



Şirvanın səsi qrupunun fəal üzvü Adğözəlov Qəhrəman Əbülhəsən oğlu. Eloğlu imzalı qələm sahibi.
1956-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində dünyaya göz açan Qəhrəman müəllim Adğözəlov Qəhrəman Əbülhəsən oğlu, Azərbaycan ədəbiyyatında özünəməxsus imzası ilə tanınır. O, orta məktəbi bitirdikdən sonra 1974–1976-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. Gənclik illərindən ədəbiyyata maraq göstərərək şeir, povest və hekayələr yazmağa başlayıb. Kitab oxumaq və mütaliə onun həyatının ayrılmaz hissəsi olub. 2019-cu ildə region üzrə keçirilən “Oxu bayramında" Azərbaycan Mədəniyyət Nazirliyinin diplomuna layiq görülməsi də onun yaradıcılıq yolunun təsdiqidir. Qəhrəman müəllim yazı ilə yanaşı rəssam və heykəltaraş kimi də fəaliyyət göstərərək xalqımıza xidmət göstərmişdir. Onun taxta üzərində işlədiyi “Cavanşir” əsəri Azərbaycan Milli Tarix Muzeyinin eksponatlar siyahısına daxil edilib. Əsərləri “Şuşam mənim”, “İsmayıllı Xəbərləri” qəzetlərində və müxtəlif ədəbi-bədii, elmi-publisistik məcmuələrdə dərc olunub. Şeir və hekayələri “Heydər zirvəsi”, “Qəlbimin səsi”, “Mən Şirvanın səsiyəm”, “Zirvəyə ucalanlar”, “Şirvanın səsi” almanax kitablarında yer alıb. O, həmçinin 3 kitab müəllifidir.
Bu gün Qəhrəman müəllim Şirvan AYB-nin, həmçinin İsmayıllıda fəaliyyət göstərən Musa Yaqub ruhlu “Dağ çiçəkləri” ədəbi məclisinin fəal üzvüdür. Qələm dostlarının verdiyi “Eloğlu” təxəllüsü isə onun yaradıcı şəxsiyyətinə yaraşan bir addır.
O, 4 övladın 2 oğlan, 2 qız və 8 nəvənin qürurlu babasıdır.

Oxunub: 43
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az