"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycan irsi ilə əlaqədar təqdimatlar hazırlayır.
"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyi Qərbi Azərbaycan irsi ilə bağlı sənədli filmin çəkilişlərini yekunlaşdırıb. İctimai Birliyin sədri Cəsarət Hüseynzadə bildirib ki, film İrəvan məscidləri, Sal-sal qalası və Aşağı Talın qalası kimi abidələrdən bəhs edir.
Layihə çərçivəsində ötən il istifadəyə verilən “qerbiazerbaycanirsi.az” (www.westernazheritage.com) platforması da təkmilləşdiriləcək. Qərbi Azərbaycana aid 250-dən çox tarixi abidə barədə məlumat, foto və videomateriallar toplanaraq elektron bazaya əlavə ediləcək. Bundan başqa, Qərbi Azərbaycan irsinə dair kitablar və filmlər də platformaya əlavə ediləcək.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Oxunub: 36