Bir həkim, bir ümid Fərid İslamzadə..
Bəzən həkimlər təkcə xəstəlikləri sağaltmır, həm də insanlara güvən, ümid və inam bəxş edirlər. Şamaxı Diaqnostikasında çalışan cərrah Fərid İslamzadə məhz belə insanlardandır.
Onu ilk dəfə görəndə səmimiyyəti ilə dərhal diqqətimi çəkdi. Xəstəsini yalnız pasiyent kimi deyil, bir insan, bir qonaq kimi qarşılayır. Ünsiyyətindəki mədəniyyət, davranışındakı təvazökarlıq, sözlərindəki xoş ümid insanı rahatlaşdırır.
Fərid həkimə baxanda bir daha anlayırsan ki, həkimlik sadəcə peşə deyil, həm də böyük bir məsuliyyətdir. O məsuliyyət ki, hər bir insanın həyatına, sağlamlığına, taleyinə toxunur. Bizim belə cərrahlara həm bilikli, həm də ürəyi insan sevgisi ilə dolu həkimlərə, həqiqətən də böyük ehtiyacımız var.
P.S- Şəxsi tanışlığım yoxdur. Orxan doktorun vasitısi ilə ilk, qısa tanışlığımız oldu.
Oxunub: 38