Şirvanın səsi qrupunun üzvü İbrəhim İsrafil.
İbrəhim Əlövsəd oğlu İsrəfilov, ədəbi mühitdə İbrahim İsrafil adı ilə tanınır, 14 may 1962-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Məktəb illərini Göylərdə keçirən İbrəhim, 8-ci sinfi bitirdikdən sonra Şamaxıda texniki peşə məktəbini tamamlamış və hərbi xidmətə yollanmışdır.
Hərbi xidmətdən sonra o, 1985–1987-ci illərdə Şamaxı Kənd Təsərrüfatı Texnikumunda zootexnik ixtisası üzrə təhsilini davam etdirərək, peşəkar biliklər qazanmışdır.
İbrəhim İsrafilin ədəbi fəaliyyəti də çoxşaxəlidir. Onun şeirləri və yazıları "Yeni Şirvan" və digər respublika qəzet və jurnallarında yayımlanmışdır. O, iki kitabın müəllifidir: "Ömür səndən nə qaldı" (2004) və "Dünya qəm üstündədir" (2018). 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Şamaxı bölməsinin üzvü olan İbrəhim İsrafil, bu müddət ərzində şeirlər
Oxunub: 29