Hakimlər arasında Şamaxı Olimpiya Mərkəzinin nümayəndəsi Xanım Osmanovada iştirakı xüsusi qeyd olunmalıdır.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyinə start verilib. Yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 57 klubdan 379 idmançı mübarizə aparır.
Çox sevindirici haldır ki, bu mötəbər yarışda idmançılarla yanaşı, ölkəmizin müxtəlif bölgələrindən gəlmiş hakimlər də iştirak edirlər. Hakimlər arasında Şamaxı Olimpiya Mərkəzinin nümayəndəsi Xanım Osmanovada iştirakı xüsusi qeyd olunmalıdır. Bu, bölgələrdən gələn gənclərə dəstək olmaqla yanaşı, yarışın obyektiv və peşəkar şəkildə keçirilməsinə də böyük töhfə verir.
Oxunub: 32