U-20 Avropa Çempionatında sərbəst güləş üzrə gümüş medal qazanmış Muradxan Ömərov və onun məşqçiləri Natiq Mahmudov və Rövşən Hacıyevlə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib.
İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa Çempionatında sərbəst güləş üzrə gümüş medal qazanmış Muradxan Ömərov və onun məşqçiləri Natiq Mahmudov və Rövşən Hacıyevlə Şamaxı Rayon İcra Hakimiyyətində görüş keçirilib.Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov qalibi və onun məşqçilərini bu uğur münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.Həmçinin görüş zamanı Şamaxıda idman sahəsində, o cümlədən güləş idman növünün inkişafı istiqamətində gedən proseslər, görülən işlər, idmançılarımıza beynəlxalq və respublika səviyyəli yarışlarda uğurla istirak etməsi üçün dövlətimiz tərəfindən yaradılan şərait, göstərilən diqqət və qayğı barədə söhbət açılıb.
Oxunub: 17