Satirik yazı.
Məhlənin PTZ Kameraları.
Bax bu şəkildəkilər, adi nənələr deyil. Bunlar, sözbaz arvadlardı. Məhlənin əsl informasiya mərkəzi Hansı qapının kilidi neçə dəfə fırlanıb, kim qonaq çağırıb, kimin oğlu gec gəlib, hamısı bunların gündəmindədir.
Ərləri çoxdan rəhmətə gedib, yəni ipi qopub, yüyəni açılıb, istədikləri vaxt pəncərəyə yapışıb, 180 dərəcə dönmə rejimindən 360 dərəcəyə keçə bilirlər. Sən elə bilirsən PTZ müşahidə kamerasıdı amma yox, bunlar canlı yayımdadı, özü də vatsap keyfiyyətdə.
Gecə görüntüsü də var bunlarda. Səhər-səhər nəsə soruşsan, gecə gördüklərini montajla danışarlar. Elə ustalıqla qeybət edərlər ki, sən inanarsan bu qadın Speysin kriminal veriliş aparıb.
Evləndirilənin də, boşananın da siyahısı bunlardadı. Kimin gəlini gələndə neçə kilo cehiz gətirib, hansı qonşu bir az çox gülümsədi, arxivdədir. Məhlədə bir nəfər asan xidmətə getməsin, səhəri evində niyə getdiyi danışılır.
Bunlar əslində dəyişməyən sabitlərdi. Müxtəlif dövrlərin onlayın versiyaları yenilənib, amma bunlar qədim dövründən bəri eyni sistemlə işləyir.
Bəlkə bir gün Mehdi zühur eləyər, amma bu arvadlar yenə pəncərədədir.
Alxas.
Oxunub: 33
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az