1. Bu məsələ iki cütlüyün tərbiyəsindən yox, sosial şəbəkələrdə gördüyü ideallardan asılıdır.
2. Valideynlərin dünya görüşü nə qədər geniş olsa da, tiktok 15 saniyəyə hər şeyi dəyişə bilir.
3. İndi sevgi yox, “
hörmətli layk vaxtıdır, kim çox “hörmət” edərsə, o qalibdir.
4. Xanımın, anası, atasına necə baxırdısa, indi də ərinə eyni baxışdadır. Əgər atası ev süpürürdüsə, sizdə ona məhkumsuz. Əziz bəy, sənə Allah kömək olsun.
5. Oğlan isə bacısına qız uşağı belə gəzər deyə sonra, irad tutub qspaz vurursa. Ailədədə öz xanımından da geyim brifinqi gözləmək normaldır.
6. Ailə müqəddəsdir deyirlər. Amma çoxu o müqəddəsliyi statusa yazıb unudur.
7. Ailənin duası da, lənəti də əbədidir, baxır hansına sən yaxınsan.
8. Toyda iki insan evlənmir, iki nəsil bir-birini yoxlayır. Gəlinin əli necədir, oğlanın maaşı varmı, evin sənədi kimdədir suallara həyat cavab verir.
9. Qızın cehiz siyahısı kosmos peyki yığımı planına bənzəyir. Blenderdən tutmuş boşqab altlığına qədər ədəbiyyat dərsi kimi əzbərlənməlidir.
10. Oğlan evi nəvələr oynayacaq deyə ev axtarır, amma gəlinin ata evidən çıxmaq istəmədiyi halda, o nəvə ancaq sosial şəbəkə oyununda doğulur.
11. Gəlin evdə qaynana varsa, onu evin müdiri hesab edir. Qaynana isə gəlinə baxanda şirkətin yeni işçisidir deyə düşünür.
12. Ailədə bir problem yarananda, elə bil Evrovijin keçirilir, hər ölkə (əslində hər qohum, əsasda boşanmışlar) səs verir, ancaq nəticə dəyişmir.
13. Ailə içində müzakirə yox, vatsap mesajlaşma olur. Biri passiv-agressiv status yazır, o biri layk edir bu, barışıq sayılır.
14. Boşanma söhbətləri başlayan kimi nənə çıxış edir ki, bizim dövrdə kişi döyərdi, qadın susardı deyir, 1947-ci il təqvimi ilə.
15. Uşaq dünyaya gələndə isə adını nənə seçir, tərbiyəsini isə yutub verir..
Bax belə......
Alxas Məmmədov.