Dəli könül, yıxılsan da sürünmə. Can nədir ki, yaşamırsa dirənmə. Birdə, bədbin görünmə. Qəlbində ki, arzulardam ayıbdır.




Dəli könül, yıxılsan da sürünmə. Can nədir ki, yaşamırsa dirənmə.  Birdə, bədbin görünmə. Qəlbində ki, arzulardam ayıbdır.
                  Vahid Əziz 
Dəli könül, yıxılsan da sürünmə, yoxsa səni psixoloji cəhətdən zəif damğasıyla sosial mediada biyabır edərlər. Axı buralarda ağlamaq deyil, güclü və dilli görünmək vacibdir. Burnun qırılsa da, mən əslində özüm istədim deməlisən.
Can nədir ki, yaşamırsa, dirənmə, onsuz da bu dövrdə həyat sadəcə konkret şou yaratmaq üçündür. Yaşamayan canın varsa, bir axmaq trendə qoşul, sən də yaşayan ölülər klubuna üzv ol.
Bir də, bədbin görünmə. Qətiyyən, cəmiyyət səni dərhal motivasiyasız, enerji vampiri elan edəcək. Ən pis günündə belə, dişlərini ağardıb şükür, hər şey çox gözəldir deməyi unutma. Depressiyanın da brendini tap. Nəsə qeyri adi iş gör.
Qəlbindəki arzular... Ayıbdır, arzu eləmək indi utancvericidir, çünki ya alınmayacaq, ya da alınsa da layki olmayacaq. Əsas nə isə olmaq yox, nə kimi görünməkdir.
Beləcə, ey könül, sən də bu dövrə uyğunlaş ki;
- Romantik hisslərini susdur,
- Dişlərinin parlaqlığını artır,
- Axmaq filtrlərlə yaşa.
Və unutma ki, gülmək, çox vaxt ağlamağın davamıdır.

Alxas Məmmədov.

Oxunub: 35
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az