Qəbələ Futbol Akademiyasının fəaliyyətini maliyyə səbəbindən dayandırması təkcə bir idman qurumunun bağlanması deyil bu, Azərbaycanın futbol gələcəyi üçün ciddi bir geriləmədir..



Qəbələ Futbol Akademiyasının fəaliyyətini maliyyə səbəbindən dayandırması təkcə bir idman qurumunun bağlanması deyil bu, Azərbaycanın futbol gələcəyi üçün ciddi bir geriləmədir....
Niyə elit klublardan birinin təməli çökməlidir ?
- Qəbələ Futbol Akademiyası illərlə Azərbaycanın futbol sistemində model kimi göstərilən bir mərkəz olub. Təkcə bölgəyə deyil, ümumilikdə ölkəyə verdiyi istedadlarla seçilib. Bu qədər potensialı olan bir qurumun bağlanması dövlət və futbol federasiyası səviyyəsində ciddi narahatlıq doğurmalıdır.
 Elit futbolçuların beşiyi olan bu yerə niyə laqeyd yanaşılır?
- AFFA və digər məsul qurumlar uzunmüddətli strateji planlamalarda bölgə futboluna və infrastrukturuna xüsusi diqqət ayırmalı idi. Qəbələ, təkcə Bakı klublarının kölgəsində qalmayan nadir uğurlu nümunələrdən biri idi. Bu akademiyanın bağlanması bölgələrdə futbola olan marağı da azalda bilər.
 Rəhbərlik nümunəvi, məşqçilər peşəkar bəs niyə qorunmadı?
- Qəbələ FK-nin rəhbərliyi və məşqçi heyəti ölkə səviyyəsində peşəkarlığı ilə seçilirdi. Bu cür komandaları qorumaq üçün AFFA və Gənclər və İdman Nazirliyi birgə maliyyə dəstəyi mexanizmi yaratmalı idi. Əgər bu cür keyfiyyətli struktur belə çökürsə, o zaman yerli futbolun gələcəyi ciddi sual altındadır.
 Gələcəyin futbol ümüdlərini qırmayın..
Bugünkü uşaqlar, sabahın Ramil Şeydayevləri, Mahir Emreli, Qara Qarayev və başqaları bu akademiyalardan çıxır. Qəbələ Futbol Akademiyasının bağlanması yüzlərlə uşağın arzusunun sönməsi deməkdir. Hər bir bölgə uşağına Bakıya gəlmək imkanı olmur. Bu cür akademiyalar bölgə uşaqları üçün ümid işığı idi.
Belə nəticəyə gəldim k;
- Bu vəziyyət yalnız Qəbələnin deyil, Azərbaycanın futbolunun problemidir. AFFA strateji sənədlər tərtib edir, lakin real işlərdə bu cür nümunəvi ocaqların qorunması ən birinci yerdə olmalıdır.
Çağırış edirəm ki;
- İctimaiyyət, media və idman ictimaiyyəti bu məsələni gündəmdə saxlamalıdır. İndidən reaksiya göstərilməzsə, sabah digər bölgələrdə də eyni aqibətlə üzləşmək mümkündür.

Alxas.

Oxunub: 51
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az