“SportAccord” Dünya İdman və Biznes Sammiti münasibətilə təqdimat mərasimi keçirilib.




Bakının gələn il mayın 24-28-də ev sahibliyi edəcəyi, beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformalarından biri sayılan “SportAccord” Dünya İdman və Biznes Sammiti münasibətilə təqdimat mərasimi keçirilib.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, “SportAccord”un prezidenti Uğur Erdener və digər nümayəndələr iştirak ediblər. Təqdimat və videoçarx nümayiş edildikdən sonra Gənclər və İdman Nazirliyi, “SportAccord” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi müqavilə imzalanıb.
2003-cü ildə təsis edilən “SportAccord” bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər idman təşkilatlarını bir araya gətirən nüfuzlu qurumlardan biridir. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına dəstək vermək, idman qurumları arasında əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdir.

Oxunub: 29
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az