Qurban olum Formula 1 .



Qurban olum Formula 1 .
Formula 1 yaxınlaşanda Bakının küçələri möcüzəvi şəkildə canlanır. Çuxurlar yoxa çıxır, asfalt qara xalça kimi parıldayır, hər yerdə səliqə-sahman. Elə bil ki, bu şəhər illərlə problem görməyib.
Bəs niyə? Çünki burda Formula 1 var! Adamın ağlına qəribə bir fikir gəlir ki,  bəlkə bütün Azərbaycanın yollarını Formula 1 trası elan edək ? Onda hər kəndə, hər qəsəbəyə, hər məhəlləyə asfalt çəkilər. Qazılıb qalmış küçələr də, yağışda palçığa çevrilən torpaq yollar da bir andaca dünya standartına uyğunlaşdırılar.
Çünki görünür, bizim yolların düzəlməsi üçün ən güclü motivasiya yalnız Formula 1-dir. Başqa vaxtlarda isə çuxurlar, sıldırımlar, yamalar bizimlə qardaş kimi yaşayır. Gəlin, bir gün hamımız Formula 1 sürücüləri olduğumuzu elan edək. Bəlkə onda yollarımız da həqiqətən sürətə yox, həyatımıza yaraşan səviyyəyə qalxar.

Alxas Məmmədov.

Oxunub: 24
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az