Hörmətli, cənab Prezident İlham Əliyev.
- Mən, Azərbaycan vətəndaşı olaraq, ölkəmizin müqəddəs ziyarətgahlarından biri olan Şəhidlər Xiyabanında bəzi şəxslərin tərbiyəsiz və hörmətsiz hərəkətlər etməsindən dərin narahatlıq duyuram.
Şəhidlər Xiyabanı xalqımızın qürur və heysiyyət simvoludur. Orada baş verən hər bir hörmətsiz davranış şəhidlərimizin müqəddəs xatirəsinə, bütövlükdə isə millətimizin namusuna toxunmaq deməkdir. Bu cür halların qarşısı qətiyyətlə alınmalıdır.
Bununla əlaqədar olaraq, Sizdən aşağıdakı tədbirlərin görülməsini xahiş edirəm:
1. Şəhidlər Xiyabanında qeyri-etik davranış edən şəxslərin Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunması və ciddi cəzalandırılması.
2. Ərazinin bütün sahələrinin videomüşahidə kameraları ilə təmin edilməsi.
3. Xiyabanda polis və mühafizə xidmətinin gücləndirilməsi, 24 saatlıq nəzarət sistemi qurulması.
4. İctimaiyyətin, xüsusilə gənclərin maarifləndirilməsi üçün təbliğat və sosial kampaniyaların təşkili.
Əminəm ki, dövlətimiz bu məsələyə xüsusi həssaslıqla yanaşacaq və xalqımızın müqəddəs məkanına hörmətsizlik edənlərə qarşı ən sərt tədbirlər görüləcəkdir.
Hörmətlə, Alxas Məmmədov.
Oxunub: 30