Azərbaycanın kef xəritəsi..
Əlimizə düşən bu xəritə adi atlas deyil, başdan-ayağa satira. Baxanda adam elə bilir ki, Azərbaycanın torpaqları yox, millətin gündəlik məşğuliyyətləri çəkilib. Qarabağ zonasında quldurlar at oynadır. Quldurlar deyəndə, əlində silah gəzənləri yox, millətin cibinə girmiş, dövlətin malına çökmüş qəhrəmanları nəzərdə tuturam. Adamlar elə bil quldurluqda diplomu alıb.
Naxçıvan tərəfi isə mollaların səyahət turizmi mərkəzinə çevrilib, biri ziyarətə gedir, biri həccə, digəri də yolüstü camaatın cibinə girir. Yəni mollalar pasport idarəsindən daha çox işləyir kimə ziyarət, kimə həcc bileti yazır. Gələk camaatın halına. Bəzi bölgələrdə xalq ya yeyib kef çəkir, ya da yorğan-döşəkdə yatır. Soruşanda ki, qardaş, bu millət hara gedir. ? cavab budur ki, mənlik deyil, mən kefdə idim. Deməli, bəziləri gündüz yeyib-içir, gecə də yatır. İki işi var, biri qarnın işi, biri yorğanın işi.
Şamaxı zonasına baxırsan, görürsən yeyib-itmən burda da var, amma yanında bir az da müasirlik. Elə bilirlər ki, patifon çalan, kompüter açan adam artıq Avropa səviyyəsindədir. Halbuki yeyən də eynidir, yeyilən də. Sadəcə musiqi fonunda yeyirlər.
Qarabağa bir də baxırsan yenə yeyib-itmək. Yəni bu xəritənin 90%-i millətin ümumi portretidir, kimisi mollaların təsiri altındadır, kimisi kef məclisində, kimisi də yorğan-döşəkdə yuxudadır.
Qalan 10%-i isə ya xəbərsizdir, ya da “Allah bizi qorusun” deyib kənara çəkilib. Belə xəritə bəlkə də coğrafiya dərsliklərinə düşməz, amma cəmiyyətin dərsliklərində çoxdan öz yerini tutub.
Alxas Məmmədov.
Oxunub: 25
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az