Hava-damcı yolu ilə yayılan xəstəliklər və onlardan qorunma yolları.


Respirator infeksiyalar digər infeksion xəstəliklərdən sayca üstünlük təşkil edir. Hava-damcı yolu ilə ötürülən əsas respirator xəstəliklər bunlardır:
🔹Qrip və digər kəskin respirator infeksiyalar;
🔹Qızılca;
🔹Suçiçəyi;
🔹Məxmərək;
🔹Göyöskürək;
🔹Difteriya
🔹Skarlatina.
Respirator infeksiyalar həm böyüklər, həm də uşaqlarda tənəffüs yolları xəstəliklərinin əsas səbəbidir. Kəskin respirator infeksiyaların törədiciləri əsasən viruslardır. Törədici virusların genetik strukturlarının daima dəyişməsi nəticəsində virusun yeni növləri əmələ gəlir ki, insanların buna qarşı immuniteti olmur.
Respirator infeksiyalara qarşı ən effektiv profilaktika vaksinasiyadır. Həmçinin, şəxsi gigiyena qaydalarına düzgün əməl etmək infeksiyalardan effektiv şəkildə qorunmaq üçün əhəmiyyətlidir:
🔹Əlləri tez-tez sabunla yumaq;
🔹Öskürmə və asqırma zamanı ağız və burnu örtmək;
🔹İnsan sıxlığı olan yerlərdən mümkün qədər uzaq durmaq;
🔹Ev və şəxsi əşyaarı dezinfeksiya etmək;
🔹Ən yüngül simptomlarda belə maska taxmaq.

TƏBİB.

Oxunub: 21
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az