
Sevimli tələbələrimdən biri də Gülnardı.
O, hər zaman prinsipiallığı və gözəl xasiyyəti ilə seçilən tələbələrimdən olub. Gülnar ailəsi də hər zaman ona böyük dəstək göstərib, xüsusilə valideynləri onun yanında olub.
Məşqlərdə həmişə ciddi, iddialı və çalışqan davranırdı. İlk günlərdən belə hiss olunurdu ki, taekvondoda nəsə böyük uğurlar qazanacaq. Allahın köməyi ilə Günlər əvvəlcə Poomsae və Qara kəmər üzrə birincilik, daha sonra isə beynəlxalq yarışlarda birinci yer, ən sonda isə respublika çempionatında, Poomsae
üzrə, üçüncü yer qazandı.
Günlər həmişə iddialı olub və dəfələrlə deyib ki, bir gün nazir ilə də görüşəcəm. Onun bu inamı və prinsipiallığı, həyat tərzində də, məşqlərdə də özünü göstərir.
Mən müəllimi kimi səninlə fəxr edirəm, Gülnar. Sağ ol ki, hər zaman nizam-intizamlı və prinsipial bir xanım olmusan. İnanıram ki, gələcəkdə də tanınmış bir şəxsiyyət olacaqsan.
Oxunub: 20
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az