Belə qoca olmaq istəməzdim....



Belə qoca olmaq istəməzdim....
Hərdən oturub baxıram, vaxtilə vəzifədə oturmuş, kreslonun tozunu udmuş, adı-sanı dillərdə gəzmiş “ağsaqqallar” indi ətrafda fırlanır. Elə danışırlar ki, guya bir vaxtlar dünyanı xilas ediblər. Sözlərinə baxsan, bir tərəfdə dövlət, o biri tərəfdə millət, obanın dərdi, camaatın yükü hamısı bunların çiynindəymiş. Hələ də özlərini tərifləyirlər, elə bil hər addımları tarix kitabına düşüb.
Mən də yanlarında dayanıb gülümsəyirəm. Deyirəm ki, bəli, sən elə danış ki, biz də inanıb əlimizi çırpağ. Axırda da ürəyimdə fikirləşirəm ki,  xislətini  mən yaxşı bilirəm....
Bir də maraqlısı budur ki, bəziləri ömründə bir iş görməyib Şamaxı üçün. İmkan olub, səlahiyyət olub, amma yadlarına düşməyib ki, bir daş da üstə qoysunlar. İndi isə gəlib deyirlər ki, “biz vaxtilə millət üçün çox iş gördük.” Mən də baxıram ki, ay sağ ol, millətə iş görüblər, amma Şamaxı onlardan nigaran qalıb.
Ona görə də mən belə qoca olmaq istəməzdim. Keçmişin daşına oturub özümü heykəl saya-saya yaşamaqdan daha betər yük yoxdur. Mənimçün qocalıq ya gənclərlə ayaqlaşmaqdır, ya da heç olmasa Şamaxının küçəsində iki şamaxlı ilə salamlaşıb onların rəftarından xoş olmaqdır. Sizdə vaxtı ilə  işıq olmaqdansa, paz olmusunuz bu 
məmləkətə..

-----------------------------------------------------------------------------------------------------------------

Alxas Məmmədov.



Oxunub: 22
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az