
Bu hadisə Bakının Fatmayı kəndində olub. Burada həyat yoldaşını itirən Şasif dayı hər kəsə örnək ola biləcək bir addım atıb. Adət üzrə yas mərasimlərində çox zaman ehsan süfrələri açılır, amma o, bu dəfə yemək vermək əvəzinə kəndin ən böyük ehtiyaclarından birini aradan qaldırmağa qərar verib, yol çəkdirib.
Bu təşəbbüs həm mərhumun ruhuna savab qazandırır, həm də bütün kənd camaatının işinə yarayan xeyirli bir işdir. İnsanlar hər gün bu yoldan istifadə edəcək, hər addımda mərhumun xatirəsi yad olunacaq. Əslində bu cür nəcib işlər həm dini, həm də insani baxımdan ən gözəl ehsanlardan biridir. Çünki bir günlə bitmir, illərlə davam edir və saysız-hesabsız insana fayda verir.
Allah rəhmət eləsin! Şasif dayının bu addımı bir daha göstərir ki, insan dünyadan köçərkən arxada xeyirli bir iş qoymaq ən böyük mirasdır. Bundan gözəl nən ola bilər ki, həm mərhum üçün dua, həm kənd üçün xeyir, həm də gələcək nəsillərə örnək.
Alxas Məmmədov.
Oxunub: 27
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az