Şamaxıda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisinin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov və rayon təhsil sektorunun müdiri Məsud Babayev yüksək nəticə göstərən məzunları, onların valideynlərini və müəllimlərini təbrik ediblər.
Ali məktəblərdə gənclərə uğurlar arzulayan və dəyərli tövsiyələr verən natiqlər onların müstəqil Azərbaycanın milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəklərinə əminliyini bildiriblər.
Tədbirdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərə təşəkkürnamə və hədiyyələr verilib.
Oxunub: 32