Vəfat edən şəxsin pensiyasının ailəsinə tam ödənilməsi təmin olunmalıdır.




Vəfat edən şəxsin pensiyasının ailəsinə tam ödənilməsi təmin olunmalıdır.
 Vəfat edən şəxsin uzun illər ərzində topladığı əmək stajı və qazandığı pensiya hüququ, ailə üzvlərinə tam şəkildə şamil olunmur. Bu isə həm sosial ədalətin, həm də vətəndaşın əməyinə verilən qiymətin tam təmin olunmasına mane olur.
Təklif edirəm ki;
1. Vəfat edən şəxsin təyin edilmiş pensiyası (yaşayış minimumundan asılı olmayaraq) onun ailə üzvlərinə tam həcmdə ödənilsin.
2. Pensiyanın ailə üzvləri arasında bölüşdürülməsi mexanizmi qanunvericiliklə tənzimlənsin (məsələn: həyat yoldaşı, azyaşlı övladlar, əmək qabiliyyəti olmayan valideynlər ).
3. Bu mexanizm dövlətin sosial ədalət prinsiplərinə uyğun olaraq həyata keçirilsin və vətəndaşların əmək fəaliyyətinin nəticələri yalnız onların həyatda olduqları müddətlə məhdudlaşmasın.
4. Vəfat edən şəxsin ailəsinin sosial rifahını qorumaq, onların maddi təhlükəsizliyini təmin etmək və dövlət-vətəndaş münasibətlərində inamı gücləndirməkdir.
Vətəndaş ömrü boyu sosial sığorta haqları ödəyir və bu hüququ yalnız özü üçün deyil, ailəsinin də rifahı üçün qazanır.
Bir çox hallarda ailənin yeganə gəlir mənbəyi həmin şəxsin pensiyası olur. Onun vəfatından sonra ailə birdən-birə gəlirsiz qalır ki, bu da sosial çətinliklərə səbəb olur.
Beynəlxalq təcrübədə oxşar hallarda vəfat edən şəxsin pensiyası müxtəlif formalarda ailəsinə ötürülür.
P.S- Hüquq ixtisasım yadıma düşəndə....

Alxas Məmmədov.

Oxunub: 20
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az