Müəllimə hədiyyə vermə. Qoy işləsin.
Son günlər müəllimlərə hədiyyə məsələsi gündəmi silkələyir. Kimisi deyir müəllim müqəddəsdir, heç nə verilməsin, kimisi deyir yox, heç olmasa bir qələm verək. Amma ortada elə qəribə situasiyalar yaranıb ki, sanki uşaqlar sinifdə riyaziyyat yox, iqtisadi böhran dərsi keçirlər.
Təsəvvür edin ki, şagirdlər 50 qəpik yığır, müəllimə qələm alınır. Bir başqa sinifdə isə valideynlər qələm bəs etmir, gəlin stol-stul dəsti alaq deyirlər. Elə bil müəllim sinifdə dərs keçmir, mebel salonu açır.
Ən maraqlısı odur ki, bəzi valideynlər bu hədiyyə yarışında sanki Yevrovizyonda hazırlaşır. Kim daha bahalı hədiyyə alsa, o da müəllimlə 12 xallıq münasibət qurur. Digər valideynlər isə küncdə qalıb, öz-özlərinə mənim imkanım yoxdur, bəlkə heç olmasa müəllimə şokolad alım deyə düşünür.
Yuxarıda ortanlarda sərt mövqeyi də buradan doğur. Çünki bəzi siniflərdə artıq pul yığma prosesi iqtisadiyyat naziri səviyyəsində aparılırdı. Biri 5 manat verir, digəri 50. Müəllimə yaxın valideyn isə çıxıb deyir ki, əzizlərim, bu pul bəs etməz, müəllimə Maybax yaraşır.
Halbuki müəllim üçün ən dəyərli hədiyyə bir sizin övladınız tərbiyəli olanda birdə maaş alanda olur. Hörmətli valideyinlər sizin ən böyük hədiyyəninz övladınız tərbiyyə verin. Day müəllimə nəsə alıb zibilə salmayın.
Alxas Məmmədov.
Oxunub: 27
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az