Mirkamil mənim ən çox istədiyim və həmişə hörmətlə yanaşdığım müğənnilərdən biri olub. Onu həqiqətən həm istedadlı, həm də gənc müğənni hesab etmişəm. Allah işini avand eləsin. Onunla ilk tanışlığımız bir tədbirdə oldu. Lap yaxın tanışlığımız da həmin vaxt başladı. Mən gördüm ki, necə sadə, səmimi bir qardaşdı,öz yaxınlaşdı, görüşdü, hörmətlə davrandı. Mən mətbuat işçisi olduğuma görə yox, sadə bir şamaxılı kimi məni tanıyırdı. Söhbətimizin sonunda bildi ki, mətbuat işçisiyəm. Onda da xüsusi isti münasibət göstərdi. Mirkamil gözəl insandır, müxtəlif tədbirlərdə çıxış edərək Şamaxının adını uca saxlayıb. Onun gözəl səsi, səhnədə özünü aparmağı, müğənnilik qabiliyyəti xalqın şənliyinə hər zaman xüsusi rəng qatıb.
Allah ona şəfa versin, atasının da canını sağ eləsin. Onların ailəsi bütövlükdə mədəniyyətə xidmət edən, hörmətli insanlardır.
Mirkamil həmişə tədbirlərdə özünü samballı, mədəni və hörmətli aparıb. Şamaxının adını uca tutan bir müğənni kimi hər zaman seçilib.
Alxas.
Oxunub: 45
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az