
Saç tökülməsi, kişilərin qlobal istiləşməsi.
Qaqaların ən çox müzakirə etdiyi iki mövzu var, filankəsin toyunda kim oynadı və saçım niyə tökülür. Keçəllər, daziklər, alimlər, günəşlər, adlar çox, dərd isə bir dənədir, saç gedir, amma geri qayıtmır.
Kimisi saç tökülməsini faciə kimi yaşayır, kimisi də normal proses yəni tabiat belədir, qardaş kimi qəbul edir. Onsuz da darağa, şampuna, ukladkaya verdiyin pulu cibində saxlayırsan, təbiətin qənaət proqramıdır.
İlk addım, məsləhət almaq. Kimdən? Həkimdən yox, ən yaxşı halda falçıdan, diyitoloqdan, hətta filoloqdan. Bir də baxırsan ki, uroloqla saç haqqında müzakirədəsən, çünki artıq hər kəs özünü saç eksperti hesab edir.
Ən məşhuru saç əkdirməkdir. Kimisi rəng qoyur, kimisi parik. Amma çoxları bilmir ki, saç təkcə baş dərisindən yox, başın içindəki fikir yükündən də tökülür. Kredit alanın başına bax, yalnız saç deyil, qaş da, qoltuq da tətilə gedib, tökülür.
Əslində, saçın ömrü 2 ildir. O da subay vaxtı. Evlənəndən sonra bu müddət 2 aya düşür. Ən böyük faciə isə arvadın sənin saçına əl atmasıdır o, andan etibarən saçı olan da, olmayan da keçəldir.
Və ən vacibi, saç tökülməsi normadan çoxdursa, dərhal həkim-travmatoloqa müraciət edin. Çünki bu artıq təkcə saç itkisi deyil, kişi ləqəbi itkisinə də çevrilə bilər.
-------------------------------------------------------------------------------------------------------
Deyirlər içki xeyirlidir, deyirlər ziyandır. Həqiqəti yalnız fərdi şəkildə bilmək olur. Kimisi içib toyda şalvarı çıxarıb meydana düşür, kimisi nahaq kiminsə xətrinə dəyir, kimisi də gedib evdə arvad-uşağı döyür. Beləsinə bir söz var, konkret boz eşşək !
Görünür, dədə tərbiyəsi görməyib.
Amma mənim söhbətim bu içkini nə pisləmək, nə də təbliğ etməkdir. Araq şüşədə sakit oturur. Qapını açıb onunla çini bədəninə buraxan insan məxluqudur. Kiminin əhvalını qaldırır, kiminin iştahını açır, kiminin məclisinə rəng qatır. Amma bu araq içən alkaşdır, söz yanaşması da boş söz deyil. İçib dava salan və mənasız kiminsə xətrinə dəyib, danışanlar da boz eşşək səviyyəsindədirlər.
Hər fürsətdə yüz vurmaq isə ayrı məsələdir. Bilə-bilə alkaş olmaq olmaz. İçib şalvarı əynindən düşəcəksə, Nazlı bibinin dediyi kimi; - Kül sənin erkək başına....
Dünyanın hər yerində bu anası ölmüş populyardır. Bütün adları da var, pivə, likyor, tekila, samoqon… Amma ən məşhuru isə ruskaya vodkadır. Bəli, biz ruslardan da yaxşı vururuq, heç şübhəsiz olmasın. Ayə rus bizdən qaçıreeee.
Əbədi sual budur ki, necə vuraq ki, insan obrazından çıxmayaq?
Qaydalar sadədir, iradəli ol, içirsən, iç amma özünü adam kimi aparmağı bacar. Mən özüm də vaxtilə içmişəm. Amma heç vaxt alkaş olmamışam. 150 qramı üç dəfəyə vururdum. Hardasa iki ildən çoxdur ki, ümumiyyətlə araqdan uzağam. Şükür. Yəni təcrübə var, amma asılılıq yoxdur.
Su ilə qarışdırma qradusu azalır, miqdarı özü artır. Bir zoğalla iş bitmir, ay yazığ. Yemək də lazımdır. Bir də pis günümüz belə olsun demə, onsuz da sabah pis günün olacaq.
Arağın, şərabın, caxırın qədimliyi barədə müxtəlif nağıllar dolaşır. Amma sənə nə dəxli var ? Özünə fikir ver, yetim.
Oxumuşdum ki, ilk spirt məhsulunu 11-ci əsrdə fars həkimi Ər-Razi hazırlayıb. Deməli, necə ki, Kolumb Amerikaya çıxdı, bu da spirtə çıxıb. İndi onların yanında içmək günahdı, gizlincə içirlər. (Yalansa, mənlik deyil).
Və unutma, islam içkini qadağan edib. Deməli, bir gün məzarda əlavə mövzun olacaq, niyə içdin sualıyla, sən cavab verəcəksən....
---------------------------------------------------------------------------------------------------
QƏBİRSTANLIQDA RƏQƏMSAL İNQİLAB.
Artıq qəbir daşları da modernləşir. Hər daşın üstündə bir QR kod. Telefonu tutursan ,mərhumun Facebook profili açılır. Liyke, store, comment, hamısı var.
Əvvəl rəhmət eləsin yazırdıq, indi isə online ziyarət edin düyməsi çıxır. Qonşu məzarın QR kodunu səhv oxusan, başqa mərhumun bioqrafiyasına düşürsən.
Təsəvvür edin ki, gələcəkdə qəbiristanlıqda vayfayda olacaq. İnsanlar ziyarətə yox, selfi eləməyə gələcək. Paylaşmada, nənəmin yanına gəldim. Ruhun şad olsun.
Bir də görürsən, mərhumun ruhu göydən baxır:
- Ay bala, rahat yatmağa qoymursunuz da, hər gün biri online gəlir, bildiriş göndərir.
Belə getsə, sabah məzarlıqda premium abunəlik də olacaq, pullu istifadəçilər mərhumun virtual muzeyinə girəcək, pulsuz istifadəçilərə isə yalnız "qısa xülasə" açılacaq.
------------------------------------------------------------------------------------------------------
Azadlıqdan danışmaq asandı, amma iş gəlir çıxır məsuliyyət məsələsinə o da ki, bizim camaatın dilində yoxdur, guya ki, məsuliyyət sözü lüğətdə qrafik səhvdi.
Bir də var, hər kəsin öz azadlığı anlayışı. Biri deyir, mənim azadlığım odur ki, gecə 3-də qonşunun qapısını döyüm, çay var?” Digəri deyir, azadlıq odur ki, həyətin ortasında saçı yığıb, tik-tok oynayım. Vay o günə ki, sən bunlara desən dayan, bu azadlıq deyil onda sən xalq düşməni, onlar isə milli qəhrəman olur. Sosial şəbəkə isə lap ayrıca mövzudu. Feysbukda girirsən, elə bil tribunadır, biri özünü filosof kimi təqdim edir, biri də azadlıq adıyla status qoyur ki qardaşlar, mənim həyatım mənim qaydalarım. Amma yazının altına baxırsan, arvadı yazıb ki, ay kişi, evə çörək al da gəl.
Ən qəribəsi odur ki, azadlıq uğrunda dava-dalaş salırlar. Halbuki bizim camaatın azadlığı çox sadədi, heç kim sənə harda olmusan, hara gedirsən deməsin. Amma kartı doldurmağı yenə atana saxla.
P.S. Kamera yenə də məni çəkir. Qaqa, birdən bu yazıya görə də məni trend eləsələr, xəbər elə, azadlıq çıxıb, mənə də qismət olsun.
------------------------------------------------------------------------------
Xeyirxahlıq üçün hüquqi icazə.
Müasir dünyada insanın kiməsə kömək etmək istəyi artıq sadəcə mənəvi məsələ deyil. İndi xeyirxahlığın da öz qanuni prosedurları var. Əgər bir gün yolda yaşlı bir qadının əlindəki ağır çantanı daşımaq istəsəniz, diqqətli olun, əvvəlcə hüquqşünasınıza zəng edin. Axı birdən bu xeyirxahlıq məcburi əmək, şəxsi toxunulmazlığa müdaxilə və ya, daha pisi, planlaşdırılmış saxtakarlıq kimi qiymətləndirilə bilər.
Uşaq küçədə dondurma istəyir. Dayanın.Qanuni məsləhət almadan almayın. Birdən sabah valideynləri sizi şirin rüşvət verməkdə ittiham edərlər. Qanunlar çox incədir, yaxşılıq isə daha da təhlükəlidir.
Hətta qonşuya duz vermək belə cinayət işinə səbəb ola bilər. Birdən o duzdan istifadə edərək sağlamlığına zərər verər və sizi günahlandırar. Ona görə də, bütün humanist planlarınızı əvvəlcə hüquq şöbəsinə təqdim etməyiniz tövsiyə olunur.
Əslində, indi həyatımızda yeni bir peşə yaranıb, Dobro-konsultant. Yəni xeyirxahlıq üzrə hüquqi müşavir. Onun əsas vəzifəsi insanlara kömək etməzdən əvvəl lazımi sənədləri hazırlamaq, şahidlər toplamaq və, əlbəttə ki, möhür vurmaqdır.
Nəticə etibarilə, məlum olur ki, ən böyük yaxşılıq, heç bir yaxşılıq etməməkdir. Çünki insanlara yaxşılıq etmək istəyərkən, ilk olaraq özünüzü məhkəmə zallarında tapa bilərsiniz.
Belə getsə, yaxın gələcəkdə belə bir xəbər görəcəyik,
Şamaxıda bir gənc qonşusuna çörək verdiyinə görə 2 il şərti cəza aldı. Qonşu çörəyi alıb, yeyib və küçədə onu maşın vurub. O çörəyi yeməsəydi taqətdən düşüb, küçəyə çıxmazdı....
-----------------------------------------------------------------------------------------------------
is söz adamın üzündə oturur, sonra da özünü ev yiyəsi kimi aparır.
Rəhmətlik nənəm deyərdi ki, oğul, xeyirxah insan yaşlandıqca sifəti nur kimi işıqlanar. Doğrudan da, yaxşı insanların qırışları belə, elə bil həyatın bəzəyi olur. Amma pis adamlar. Eh, onların qırışları elə bil vicdanın borc qəbzi kimi çıxır üzlərinə. Mən öz tərəfimdən əlavə edim ki, onların sifəti yaşlandıqca unitazın qapağı kimi saralır. Nənəm heç unitaz görməmişdi, bu mənim isə müasir əlavəmdir.
Yaltaqlara gəlincə, onlar güləndə elə bil şokoladlı tortu kəsirlər, amma dadına baxanda məlum olur ki, içi boşdur. Dil şirin, gözlər par-par, amma sifətlərindən zəhər damır. İnsanın üzü əslində kaset kimidir, hansı sözləri, hansı fikirləri içinə yığıbsa, axırda o musiqini oxuyacaq. Ağzından ağır söz çıxıbsa, sifətində pauza düyməsi işləmir.Sifətdə emosiyaları qonaq deyil ki, gəldi-getdi olsun, qalır, qırışla, baxışla, mimika ilə möhür vurur.
Buna görə də, yaxşılıq düşünən adamın sifəti istər-istəməz yumşalır, pislik düşünəninki isə qəzəbli karikaturaya dönür. Axırda insan özü-özünün ən yaxşı rəssamı olur, kimin üzündə nur çəkilir, kimin üzündə zəhrimar portreti, baxır, ömrü boyu hansı fırçanı işlədib.
-----------------------------------------------------------------------------------------------------------
Oxunub: 36
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az