Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizin aparıcı kardioloji müəssisələrindən biridir. Burada ürək-damar xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan peşəkar həkimlər çalışır.

6-cı otaqda oldum, Exo kabinəsi

Bu kabinetdə exokardioqrafiya müayinələri aparılır. Müayinələr ürəyin quruluşunu və fəaliyyətini qiymətləndirməyə kömək edir.

Həkimdə gözəl bir xanım Əfəndiyeva Lalə, exo müayinələrini aparır, xəstələrə dəqiq diaqnoz qoymaqda və müalicə planının seçilməsində mühüm rol oynayır.

Köməkçilərindən dəyərli xanımlardır. Bunlar,

Məmmədova Mehriban

Dəstigiri Fəridə xanım.

Onların birgə fəaliyyəti müayinələrin keyfiyyətli və dəqiq aparılmasını təmin edirlər.

Sonra 17-ci otaq oldum.

Həkim, Əzizova Mədinə Nurəddin qızı çox peşakar və səmimi insan. Pasiyentlər tərəfindən savadlı, diqqətli və mehriban münasibəti ilə seçilir. O, ürək-damar xəstəliklərinin müasir müalicə metodlarını tətbiq edən təcrübəli mütəxəssisdir.

Rəhbərlikdən direktor müavini Azər müəllim tanış olduq. Səmimiyyəti və insani münasibəti ilə seçilir.  Azər müəllimin kollektivdə böyük hörmət qazanıb. Təbii ki,  bu nailiyyət Gülnaz xanım Dadaşovanın  məqsəd yönlü işinin nəticəsidir.

Bu institutda çalışan həkimlər və əməkdaşlar pasiyentlərin sağlamlığına qayğı ilə yanaşır, müasir tibbi avadanlıqlarla dəqiq müayinələr aparır və hər bir xəstəyə fərdi yanaşma göstərirlər. Burada göstərilən xidmətlər, həm mütəxəssislərin peşəkarlığı, həm də səmimiyyəti ilə seçilir.

Oxunub: 25
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az