
Azərbaycan Taekvondo Federasiyası, liderlik və yenilik nümunəsi.
Azərbaycan Taekvondo Federasiyası illərdir öz sahəsində lider mövqedədir. Bu uğurun əsas səbəbi federasiya rəhbərliyinin, məşqçilərin və taekvondoçuların gərgin əməyidir. Federasiyanın lider mövqeyinin qorunub saxlanması, eyni zamanda, Azərbaycan idmanına gətirdiyi yeniliklərlə də bağlıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlərdə keçirilən bütün mötəbər taekvondo yarışlarında Fövqəladə Hallar Nazirliyinin könüllüləri də aktiv iştirak edirlər. Onlar həm yarışların təşkilində, həm də nizam-intizamın qorunmasında mühüm rol oynayırlar. Bu gənclər, həm oğlanlar, həm də qızlar, yarışların gedişatında işin demək olar ki, 50 faizini öz üzərlərinə götürürlər.
Onları formalarında görmək qürurvericidir. Bu, həm Azərbaycan Taekvondo Federasiyasının gücünü, həm də Fövqəladə Hallar Nazirliyinin gələcək kadrlarının peşəkarlığını göstərir. Mən şəxsən onların səmimiyyətinə, mədəniyyətinə və davranışına bir neçə dəfə şahid olmuşam. Onlara dərin təşəkkürümü bildirir, hər birinə uğurlar arzulayıram.
Oxunub: 60
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az