Danışmağın dörd qızıl qaydası, söyülməməyin bir astanası.




Danışmağın dörd qızıl qaydası, söyülməməyin bir astanası.
Cəmiyyətimizdə elə bil ki, danışmaq ən asan işdir. Bir nəfər başlayır, o biri sözünü kəsir, üçüncü haqlıdırsa, dördüncü artıq məclisi idarə edir. Amma işin maraqlı tərəfi budur ki, danışmaq sadəcə söz çıxarmaq deyil, həm də bir mədəniyyətdir. Gəlin, eşiddiyim bu qızıl qaydaları bir az satirik prizmadan nəzərdən keçirək.
1 Tərbiyənin əsası, nə vaxt danışacağını bilməkdir. İnanırsan brat bunu çoxu bilmir.
Bəziləri üçün bu qayda o qədər çətindir ki, danışım, ya susum sualı həyatın ən böyük fəlsəfi problemi kimi qalır. İctimai nəqliyyatda, toyda, yasda, məclisdə, xüsusən də sosial qrupunda,  bəziləri üçün fərq etmir. Ağzını kanalizasiya lüks kimi açır. Hər mövzuya aid sözləri olur. Ancaq əsl tərbiyə odur ki, lazım olan vaxtda danışasan, lazım olmayan vaxtda isə banka məsələsibir, susasan. Təəssüf ki, bu susmaq funksiyası əksər insanlarda zavoddan defektli çıxır.
2. Evdə verilən əxlaq, danışanı dinləməkdir. Ailə Uzunqulağovlardısa alınmaz.
Dinləmək dediyimiz isə əksəriyyət üçün sadəcə növbəsini gözləmək deməkdir. Lap diaqnostikada, ürəy həkiminin qəbulunda kimi. Yəni sən danış, mən o vaxt ərzində beynimdə öz cavabımı hazırlayım. Əxlaq isə başqasının sözünə həqiqətən qulaq asmaqdır. Amma bu gün birini dinləyən adama çox vaxt tənbəl damğası vurulur, çünki susmaq və dinləmək, görünür, artıq nadir tapılan peşəkarlıqdır.
3. Ədəb kodeksi.
Danışanın sözünü kəsməməkdir.
Ədəbiyyat dərslərində öyrədilməyən, amma həyat dərsində çox lazım olan bir qaydadır. Təəssüf ki, bəzi insanlar sözünü kəsməmək prinsipini belə başa düşür ki, əvvəlcə onun sözünü kəsim, sonra da mənim uzun-uzadı çıxışıma qulaq assın. Yəni əslində danışanı dinləmək bir kənara, heç danışanın nəfəs almasına belə imkan vermirlər. Lap bizim aparıçılar kimi.
4. Zəkanın olması. Hər danışana inanmamaqdır. Ağzından karbon qazı buraxana, inanmaq özü qoyunluğdur.
Bu qayda isə ən çətin hissəsidir. Çünki bizdə kimin səsi çox çıxırsa, ona inanılır. Bir insanın dediyi sözün dəyəri çox vaxt məntiqinə görə yox, səsinin həcminə görə ölçülür. Amma zəka odur ki, hər danışana inanmayasan. Çünki əks halda, hər gün yeni bir həqiqət eşidib, səhəri gün onun tam əksinə qulaq asmalı olacaqsan.
Əgər danışıq mədəniyyəti bir imtahan olsaydı, çoxumuz hələ də pis qiymətində qalardıq. Amma təsəlli budur ki, danışmaq hamının bacardığı, amma az adamın doğru bacardığı bir sənətdir. Əgər bu dörd qaydanı yadda saxlasanız, siz də məclisin filosofu  yox, ən azından danışığın mədəni sərhədlərini bilən biri ola bilərsiniz. Yəni ürəydə deyilən söyüş yiyəsi olmasınız.

Alxas Məmmədov.

Oxunub: 41
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az