İki gün davam edəcək yarışda ölkəmizi 12 qadın və 16 kişi taekvondoçu təmsil edəcək.
ATF.
Ölkəmizdə ilk dəfə keçirilən III MDB Oyunları çərçivəsində sabah taekvondo üzrə yarışlara start veriləcək. İki gün davam edəcək yarışda ölkəmizi 12 qadın və 16 kişi taekvondoçu təmsil edəcək. Son hazırlıq prosesini paytaxtda tamamlayan komandamızın üzvləri artıq yarış məkanına, Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə yola düşüb. Komandamıza uğurlar arzulayırıq!
Oxunub: 38