Rusiyada yaşayan azərbaycanlı jurnalist Ramiz Mikayıllov. Vətəninə bağlı peşəkar media nümayəndəsi
Rusiyada yaşayan, əslən Şamaxı rayonunun Göylər kəndindən olan ictimai xadim və jurnalist Ramiz Mikayıllov, uzun illərdir ki, həm media sahəsində, həm də diaspor fəaliyyətində fəallığı ilə seçilir. O, Rusiya Jurnalistlər Birliyinin üzvüdür və Azərbaycan diasporlarının formalaşması və inkişafında mühüm rol oynayıb.
Ramiz Mikayıllov öz fəaliyyətində daim vətənpərvərlik prinsiplərinə sadiq olub, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görüb. O, xüsusilə erməni təbliğatına qarşı informasiya mübarizəsində ardıcıl və prinsipial mövqeyi ilə tanınır.
Peşəkar jurnalist kimi o, müxtəlif sosial və mədəni layihələrin təşəbbüskarı və təşkilatçısı olub. Ramiz Mikayıllov həm də gənclərin maariflənməsinə və diasporlar arasında milli birlik ruhunun möhkəmləndirilməsinə yönəlmiş fəaliyyətinə görə geniş hörmət qazanıb. Vətənə dərin sevgisi və ictimai fəallığı ilə tanınan Ramiz Mikayıllov, Rusiyada yaşayan azərbaycanlıların səsini beynəlxalq səviyyədə ucaldan dəyərli ziyalılardan biridir.
Oxunub: 120