Türk Akademiyası artıq Abay və Aytmatovun digər əsərlərinin də pilot nəşrlərini hazırlayıb. 34 hərfdən ibarət vahid türk əlifba milli yazı qaydalarını əvəz etmir; əksinə, bütün türkdilli xalqların dillərini, mədəniyyətini və rəqəmsal mühitdə birliyini möhkəmləndirir.
Bu bizə nə verəcək ?
- Mədəni və mənəvi yaxınlaşma. Ortaq əlifba türk xalqlarını bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanlı, türkiyəli, qazax, qırğız, türkmən, özbək və başqaları bir-birinin dilini asanlıqla oxuya və anlaya biləcək.
Elm və təhsil sahəsində inteqrasiya. Ortaq əlifba ilə yazılmış elmi mənbələr, dərsliklər və ədəbiyyatlar bütün türk dövlətlərində istifadə oluna bilər. Bu, təhsil və elmi mübadiləni asanlaşdıracaq.
Rəqəmsal gələcəyə uyğunlaşma. Yeni əlifba “rəqəmsal dövr” üçün nəzərdə tutulub. Yəni kompüter, internet və süni intellekt sistemlərində türk dillərinin bir formatda işlənməsi asanlaşacaq.
İqtisadi və mədəni diplomatiya üstünlüyü. Ortaq yazı sistemi kommunikasiya maneələrini azaldaraq, ticarət və turizm əlaqələrinə də müsbət təsir göstərəcək.
Bunu öyrənmək çətindirmi?
Əslində çətin deyil. Çünki, əlifbanın əsas hissəsi latın qrafikasına əsaslanır (Azərbaycan, Türkiyə, Özbəkistan və Türkmənistanda olduğu kimi).
Əlavə hərflər yalnız xüsusi səsləri ifadə edir, məsələn, Qazax və Qırğız dillərindəki fərqli səslər üçün.
Azərbaycan və Türkiyə türkcəsini bilən biri bu əlifbanın 80–90 faizini dərhal anlayacaq.
Əsas məqsəd dəyişiklik deyil, vahid sistemlə tanışlıqdır.
Başqa sözlə, bu əlifba həm öyrənilməsi asan, həm də gələcək nəsillər üçün böyük perspektiv daşıyan bir mədəni layihədir.
 
 
Oxunub: 57
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az