Çayı da vatsapla istə....



Çayı da vatsapla istə....
( bir oxuduğum yazı əsasında )
Bir vaxtlar insanlar bir-birinə salam deyəndə göz-gözə baxardı, indi isə onlayn işarəsinə baxır. Səhər oyanır, bir göz açmamış vayfay, mənim kimi axtarır, tapanda da ürəyi açılır, sanki cənnətin qapısıdır.
Barmaq ekranın üstündə, gözlər qızarıb, amma ruh razıdır. Əvvəl uşaq ana deyirdi, indi zaryatka  bitdi deyir. Qulaqda nauşnik, əlində telefon, uşağı çağırırsan, cavab gəlmir. Bağırmaq olmur, qonşu yatıb, özü də, deyəsən, statusa baxır.
Ev elə sakitdir ki, sanki hamı eyni anda doğma gələni gözləyir. Bəli, müasir dövrün səssiz dramı budur,  hamı danışır, amma heç kim eşitmir.
Sevgililər internetlə küsüb, vatsapla barışırıq
İndi hamı bir-biri ilə qırmızı nöqtəyə görə küsür, laykla ilə barışır.
Bir görülüb  işarəsi ailə müharibəsinə bərabərdi.
Qadın mətbəxdə südü daşırır, amma statusuna yazır ki,  bəzən qaynadıqca daşmaq da gözəldir.
Ər yazır ki, o  süd kimi daşan səbrim idi…
Və beləliklə, Vatsap çıxardanın zatına lənət!
Çayı gətir, yox, çayı Vatsapla istə.
Evdə dava düşür, səbəb Vatsap. Ər deyir,m ən sənə yazdım ki, çay gətir, niyə cavab vermədin ?
Arvad deyir ki,  mesajın məni çatmayıb, vayfay kəsilmişdi.
İndi evdə real danışıq yoxdur, hər şey onlayn xidmətdir.
İstəyirsən çay ? Yaz vatsapda.
İstəyirsən yemək ? Göndər smaylik, arvad başa düşəcək.
İstəyirsən sükut? Qoş uçuş rejimini.
Əvvəllər sevgi məktubları yazılırdı, indi ürək atır.
Ailə, dostluq, məhəbbət, hamısı qrupda
Hər ailədə bir qrup var ki, ev əhli, böyük ailə.
Orda danışmaq da olmaz, yazmasan incirlər.
Şəkillər, videolar, səsli mesajlar bir-birini üstələyir.
Ən axırda isə hamı eyni şeyi deyir, vatsap çıxardanın zatına lənət.
Bu gün hər kəsin vatsapı var, amma heç kimin söhbəti yoxdur.
İnsanlar evdə bir-birinə baxmır, bir-birinin onlaynına baxır.
Uşaq anasına mesaj yazır ki, ana, yemək hazırdı.
Ana cavab verir ki, statusa bax, yazmışam,  hazırdı.
Elə bu səbəbdən deyirik, xalq ağzı ilə, gülə-gülə, amma acı bir həqiqətlə;
- Çayı da vatsapla istə, amma nənəm demişkən, vatsap çıxardanın zatına lənət



------------------------------------------------------------------------------------------------------------------------------
Bu həyata göz acanda neynəydim ?
Barışmır mənimlə taleyim.
( Bir mərdimazar insanın etirafı )
-İlkin onu deyim ki, Talehi iki dəfə şərləyib tutdurmuşam.
Qismətin dalınca da getmirəm, çünki o qaçış üzrə ikiqat Azərbaycan çempionudur.
Hər dəfə onu tutmağa cəhd edəndə, həyat start fitini verib mənə “yenə uduzdun” deyir.
Şərəflə yaşayıb ölmək istəyirdim... Amma Şərəfin arvadı razı olmadı.
Dedi, bizdə yaşamaq da, ölmək də icazə ilə olur.
İndi hər səhər oyananda güzgüyə baxıb soruşuram:
- Bu həyata göz açanda neynədin, ay mərdimazar ?
O da cavab verir ki;
- Heç nə. Sadəcə barışdım taleyimlə.

----------------------------------------------

O,  nur gətirən xanım...
( Buyur dostum )
Onu ilk dəfə bir tədbirdə gördüm. Hər şey çox sadə başlamışdı, amma içimdə qəribə bir təlatüm yaranmışdı. Elə bil həmin məkan onun gəlişi ilə işıqlanmışdı. Bəli… o bir mələk idi. Baxışlarında səssiz bir dua, təbəssümündə gizlənmiş bir möcüzə vardı. O anda anladım ki, bəzi insanlar sadəcə gəlmir,  gəlişləri ilə nəfəs verirlər, ruhun dərinliyinə toxunurlar.
Qısa tanışlığımız oldu. Adını çəkəndə səsi o qədər sakit, o qədər səlist idi ki, elə bil hər hecası qəlbimə muncuq kimi düzülürdü. Sualıma dəqiq, amma sanki bir az da ehtiyatla cavab verdi. Hər kəlməsində hikmət, hər baxışında dərin bir mənzərə gizlənmişdi. Onun danışığında bir sehr vardı, elə bir sehr ki, insanı istər-istəməz qulaq asmağa, onu daha yaxından tanımağa vadar edirdi.
Gözlərində həm sevinc, həm də kədər var idi. O baxışlar həm gülürdü, həm də yorğun idi. Bəlkə də çox insanı sağaltmış, amma öz yarasına əl uzatmayan bir həkimin baxışları idi onlar. O həm həkim idi, həm də yazar. Sözün gücü ilə ruhu sağaldan, qələm ilə yaralara məlhəm olan bir xanım…
O, şən idi, amma şıltaqlığında da dərin bir zəriflik vardı. Bəzən uşaq kimi saf, bəzən dağ kimi iradəli. Həyatdan mərhəmət diləməyən, amma nədənsə baxışlarını tez-tez səmaya yönəldən bir qadın. Elə bil orada,  buludların arxasında, özünə aid bir işıq axtarırdı.
O, peşəkar bir yazar idi. Yazılarında duyğunun səsi, ürəyinin nəbzi eşidilirdi. Kəlmələri ilə insanı düşündürür, sonra sakitcə gülümsəyirdi. Bəzən utancaq, bəzən isə içdən gələn bir şənliklə dolu idi. Xanım idi, amma hər hərəkətində bir xatun zərifliyi, bir incəlik, bir möhkəmlik hiss olunurdu.
O, elə bir qadındır ki, onunla danışdıqca zaman dayanır kimi olur. Çünki o, sadəcə dinləniləsi bir insan deyil o, dərinliklərdə yaşanan bir hekayədir. Hər baxışı, hər sözü bir şeir, hər nəfəsi bir sükutdur…
Və bəzən düşünürəm ki, bəlkə də mələklər həqiqətən də yer üzünə enir, sadəcə ağ paltarda yox, ağ xalatda..

---------------------------------------------------------------------------------------

Cavanlıqda çox şeyi bilmədim, peşmançılıq sonradan tapdı məni.
Cavanlıq, o möhtəşəm dövrdür ki, hər şeyi biləcəyini sanırsan, amma əslində yalnız instaqram filtrini idarə etməyi bacarırsan. Mən də cavanlıqda çox şeyi bilmədim, məsələn, səhər yeməyinə çörək yandırmaq, pulu vaxtında xərcləməmək, və ən əsası, kiminsə sözünü dinləməmək. Əsasda dədəmin.
O zamanlar qürurum o qədər böyük idi ki, səhvlərimi yenilik adlandırırdım. Amma indi baxıram da, yenilik dediyim şey əslində yalnız peşmançılığın dırnaqlarını mənim üzərimə sancmasıymış.
İndi hər səhər o cavan mənə baxır və deyir ki, ay dostum, sən də bir az öyrənə bilərdin. Mən də gülümsəyirəm və deyirəm ki, sakit ol, mən də səni sonra tapacağam, peşmançılığımla birlikdə.
Beləliklə, cavanlıqda bilmədiklərim, indi həyat dərsimin əyani nümunəsidir. Və bir dəqiqəlik təəccüb, bu dərsləri mən ödəmişəm, amma qiymətinə gülmək hələ də pulsuzdur.


Alxas Məmmədov.


Oxunub: 55
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az