Alxasdan........




Çoxüzlülər dövrü.
Bir məclisdə Mehmet Akif Ərsoy gülümsəyərək deyir ki;
- İkiüzlü insanlar axtarıram. Onlar necə də yaxşı insanlarmış.
Hamı təəccüblə baxır. Akif davam edir ki;
- Çünki indi çoxüzlülər çıxıb. İkiüzlülər heç olmasa sabah hansı üzlə gələcəklərini bilirdin. Amma bu çoxüzlülər... 
Məndə deyim ki ;
- Onların üzləri təqvim kimidir,  hər gün biri dəyişir. Bəzən səhər səndən dost, axşam düşmən çıxır. Əvvəllər ikiüzlülərdən qorunmaq üçün arxanı möhkəm saxlamaq yetərdi. İndi isə hər tərəf arxadır, çünki üzləri çoxdur. Dünən sənin uğuruna dua edən bu gün uğursuzluğuna şükür edir. Sosial şəbəkədə qardaşım deyən real həyatda səni tanımır. İkiüzlülərin şərrindən qaçmaq olardı, çünki onların saxta gülümsəməsi belə tanınırdı. Amma çoxüzlülər maska ustasıdır,  istədikləri an mələk, istədikləri an iblis olurlar. Hətta bəziləri elə inandırıcı oynayır ki, bir müddət sonra özləri də hansı üzün gerçək olduğunu unudurlar.
Dünya sanki maskarad səhnəsinə çevrilib. Hər kəs bir roldadır, biri dost, biri vətənpərvər, biri ədalət carçısı. Amma pərdə arxasında hamının məqsədi eynidir, marağı qorumaq. Vicdan isə çoxdandır səhnədən çıxarılıb.
Bəlkə də, Akif haqlıdır. İndi ikiüzlüləri çıraqla axtarmaq lazımdır. Çünki onların dövrü bitib. Çoxüzlülər dövründə yaşayırıq, elə bir dövrdə ki, səmimiyyət artıq nadir tapılan qədim sənət kimidir.

-------------------------------------------------------------------------------------------------------------------------------------

Reseptdəki vicdan.
(Satira)
Bir gün aptekə girdim, resepti uzatdım. Aptekçi baxdı, dedi ki;
- Qardaş, bu dərmanları almaq üçün ya maşını satmalısan, ya da bir böyrəyi.
Dedim ki;
- Qardaş, mənim böyrəyim elə bu dərmanların qiymətini eşidəndə öz-özünə sıradan çıxır, sən rahat ol.
Bir həkim var, Allah canını sağ eləsin, o bir az insan kimi həkimdir. Resept yazanda bir dərman, bir də təbii çarə yazır. Məsələn;
- Səhər bu həb, axşam da bir limon sıx, iç.
- Bu siropdan bir qaşıq, amma üstündən də bir stəkan nanə çayı.
Adam deyir ki;
 - Dərmanı yazdım ki, aptek dolansın, amma ot da yazdım ki, sən də yaşa.
Digər həkimlər isə sanki Tibbi Universiteti yox, Aptek Universiteti bitiriblər. Xəstəni görən kimi gözlərində dollar işarəsi yanır.
- Qan təzyiqin var? Hə, onda sənə 7 adda dərman yazım, birini səhər, birini axşam, birini də yadına düşəndə iç.
Ə, bəyim, bu adamın təzyiqi dərmandan yox, qiymətdən qalxır axı!
Həkimə deyirsən ki;
- Doktor, büdcəm çatmır...
O da çox humanist formada cavab verir ki;
- Büdcə məsələsi mənlik deyil, mən tibblə məşğulam. Onda yıxıl öl.
Bax, belə-belə, bəzi həkimlər insanı unudublar, reseptlə yaşayırlar. Halbuki, ən yaxşı resept vicdandır onun da yan təsiri yoxdur, qiyməti də yoxdur, amma tapmaq çox çətindir.

------------------------------------------------------------------------------------------------------------------------------------

Mətbəx inqilabı.
Siz hələ resept axtarırsınız, mən isə artıq bütün mətbəxin adminiyəm.
İndi dövr dəyişib, qızlar ofisdə müstəri ilə danişiğlara gedir. Meqavilə bişirir, oğlanlar isə mətbəxdə dolma bükür.
Əvvəllər oğlan yemək bişirər  deyə təəccüblənirdilər, indi oğlum  bişirib  deyə təəccübləndirirlər.
Xanımlar indi zoomda iclas aparır, bəy isə qazanda sup.
Bir zamanlar qadınlar resept dəftəri yazırdı, indi kişilər TikTokda kulinariya dərsi keçir.
Matrirxat dövrü rəsmi açılıb, giriş pulsuz, çıxış, qab yuyan əllərinizlə.
Ona görə, xanımlar, siz indidən oğlanlarınıza süfrə açmağı, çay dəmləməyi, bıçağı düzgün tutmağı öyrədin.
Çünki sabah o mətbəx diplomu bakalavr səviyyəsində tələb olunacaq.

-------------------------------------------------------------------------------------------------------------------------------------

Azərbaycanlılar ev telefonlarından uzaqlaşır.
Ev telefonu indi oldu cib telefonu, amma cibimizə girən təkcə o deyil...
Rəqəmlər yalan danışmır ki, 230 minə yaxın insan artıq ev telefonlarından imtina edib. 299-cusu isə mənəm.
Rəhmətlik nənəm deyərdi ki;
- Oğul, bir vaxtlar bu ölkədə 1 milyon 400 min sabit şəbəkə telefonu vardı, onlardan 1 milyon 300 mini evlərdəydi. Arvad bir zənglə qonşudan qonşuya qədər xeyir-dua paylaşardı, danışıqlar 2 saat çəkərdi, amma qiyməti 2 qəpik idi.
İndi o günlər nağıl kimi qaldı. Artıq ev telefonu zəng eləmir, toz tutur.
Hər şey mobil aparatlardan olur. Nənəm görsəydi, deyərdi ki;
- Ay bala, bu qədər danışıq var, amma səs yoxdur, hamı qulaqlıqda, bir-birinə baxmadan danışır.
Mütəxəssislər də təsdiqləyir, sabit rabitəyə tələbat sıfıra enib. Amma bax gör, mobil operatorlar nə təhər bizi qiymətlə dirçəldir. At oynadırlar. Amma rabitə strateji məsələdi
 Bunuda unutmayaq ki, daxili və xarici düşmənlər bu səsi gözləyirlər ki, abonentə zəng camayır...

-------------------------------------------------------------------------------------------------------------------------------------------

Onlayn ziyarət.
Bəli, düz deyirlər, 30 ildir valideynlərimin yanına getməmişəm. Amma bu o demək deyil ki, mən onları sevmirəm.  sadəcə, mən müasirəm. Mənim sevgim bir az onlayın formadadır. Hər il ad günlərində Facebokda status yazıram ki, Ruhunuz şad olsun, sizi heç vaxt unutmaram. Sonra da paylaşıram ki, camaat görsün, mən necə emosional övladam. Əvvəllər düşünürdüm ki, qəbiristanlığa getmək lazımdır. Sonra gördüm, orada nə vayfay var, nə də selfi üçün işıq. Yəni, o qədər get-gəl nəyə lazımdı ? 
Onsuz da, mən bilirəm harada basdırılıblar. Bu, mənim üçün kifayətdir, elə bil, xəritədə kod qoymuşam.
Dostlar bəzən deyirlər ki, ay sən heç utanmırsan, niyə getmirsən. Deyirəm, qardaş, mən onları hər gün yad edirəm. Hər dəfə sosial şəbəkədə xatirə paylaş çıxanda, şəkillərini bir az filtrdən keçirib paylaşıram. Bu, həm müasir ziyarətdir, həm də estetik. Düzdür, anam sağ olanda deyirdi ku, oğlum, bizi yadından çıxartma. Amma o vaxtlar unutmaq fiziki məsələ idi, indi isə onlayında saxlayıram, arxayın olsun. Rəhmətlik atam da həmişə deyirdi ki, oğlum, harada olsan, bizə bir salam göndər. İndi göndərirəm, şəklində, gülümsəyən üzlə.
Bəzən fikirləşirəm, əgər o dünyada da internet olsaydı, yəqin anam çoxdan mənə yazmışdı ki;
- Oğlum, nə olar, gəl bir dəfə realda görüm səni, bəsdir o internetdən....
Amma hələlik cavab gəlmir. Görünür, orada da şəbəkə zəifdi.

Alxas Məmmədov.

---------------------------------------------------------------------------------------------------------------------------------------------


Oxunub: 89
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az