Xeyirxah əməllər susmaz, şərəfli şəxs insanların borcunu ödəyib.



Xeyirxah əməllər susmaz, şərəfli şəxs insanların borcunu ödəyib.
Bəzən bir insanın etdiyi bir yaxşılıq yüzlərlə ürəyə işıq saçır. Belə hadisələrdən biri də bu günlərdə yaşanıb. Sosial şəbəkələrdə yayılan bir videoda şərəfli bir  şəxs dükana daxil olur və orada insanların borcunu bağlayır. O, kiminsə adını, kimliyini soruşmur, sadəcə insanlıq borcunu yerinə yetirir.
Videonu izləyənlər arasında dərin təəssürat yaradan bu hadisə bir daha göstərir ki, cəmiyyətimizdə hələ də mərhəmətli, vicdanlı və böyük ürəkli insanlar var.
“Eşk olsun belə vətəndaşlara, eşk olsun belə əsl kişilərə. Allah səni qorusun, qardaş!” deyə videonu paylaşdım.
Belə insanları görmək, onların əməllərindən nümunə götürmək hər birimiz üçün vacibdir. Çünki xeyirxahlıq,  nə adla, nə şöhrətlə, sadəcə vicdanla ölçülür.
Var olun, kişi olun, insan olunan...

Oxunub: 63
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az