Eyni adam, o yar olur. Zamanla bərabər olur..



Eyni adam, o yar olur. Zamanla bərabər olur..
Bəzən insanın həyatında elə bir şəxs olur ki, o, təkcə ailə üzvü deyil, həyatın özü kimi ayrılmaz bir hissəyə çevrilir. Zaman keçir, illər dəyişir, amma o insan dəyişmir. Hər gün eyni baxışla, eyni qayğı ilə, eyni sədaqətlə sənin yanındadır. Bu yazı məhz belə bir insana, həyat yoldaşına həsr olunur.
O, bəzən susur, bəzən gülümsəyir, amma hər halda sənə olan sevgisini ifadə etməyi unutmur. Sənin yazılarını, sənin düşüncələrini hiss edir, bəzən səssiz şəkildə, bəzən bir baxışla. Həyatında elə məqamlar olur ki, mətbəxdən gələn bir səs, bir qazan qaynayışı, bir fincan çay,  hamısı onun varlığını xatırladır.
Bu adam, sadəcə evin insanı  deyil, qəlbinin şahidi. O, sənin dostundur, sirdaşındır, həm də səssiz dayağındır. Səninlə eyni çətinliklərdən keçib, eyni ümidlərlə yaşayır. Bəzən iş yerində səninlə çiyin-çiyinə dayanır, evdə isə səssiz bir qayğı ilə sənə dinc nəfəs verir.
O, bəzən sənin məktublarını oxumasa da, oradakı hər kəlməni hiss edir. Bəzən səssiz qəzəbi ilə səni qorumağa çalışır. Səni görəndə isə, üzündəki təbəssümün altında bir az kədər, bir az sevgi gizlənir, çünki o, səni hər zaman düşünür, amma bunu sözlə deməyə ehtiyac duymur.
Bu, sadə bir adamın hekayəsidir amma bu sadəliyin içində bir ömürlük sadiqlik, bir ömürlük sevgi yatır. O, bəlkə də dəyişmir, çünki sevgisi dəyişmir. O, eyni adamdır.
Bəli. Eyni adam,  illərin, çətinliklərin, həyatın içində səni sevən, sənə baxan, səni anlayan, bəzəndə qorxduğun və sevdiyin 
adam...

-----------------------------------------------------------------------------------------------------------------------------------

Sən olmayanda üstümə bir şəhər gəlir....
(Satirik düşüncə, dəli  üslubunda)
İndi elə bir dövrdəyik ki, adam öz ağlını itirəndə hamı deyir ki;
 - Qorxma, normaldır.
Yəni, ağlı olanın ağlından şübhə edilir, amma ağlını itirənə gül dəstəsi bağışlanır.
Bax, mən də bəzən düşünürəm ki,  sən olmayanda, yəni ağlım, tərbiyəm, savadım olmayanda, üstümə doğrudan da bir şəhər gəlir. Beton, tıxac, laqeydlik, yaltaqlıq dolu bir şəhər. Hər küçəsində mənə nə deyən bir kütlə, hər binasında qoy belə qalsın  ruhu yaşayır.
Əvvəl elə bilirdim ki, bu cür sözləri kiməsə, hansısa xanıma deyirəm. Amma yox...
Bu dəfə kiməsə yox, özümə deyirəm.
Yəni içimdəki o tərbiyəyə, o səsini çıxarmayan, amma hər səhvimi sakitcə izləyən müəllimə müraciət edirəm.
Allah eləməsin, bir gün o tərbiyə məni tərk eləsin.
Qoy öldürsün, amma getməsin.
Çünki insanın ağlını, biliyini, tərbiyəsini əlindən alanda, o, artıq adam olmur. Nadan olur.
O, dönür bir məxluqa.
Əti var, sümüyü var, telefonu var, sosial şəbəkədə şəkli var, amma içində adam yoxdur. Hə, bax onda anlayırsan ki, bu şəhər dediyin şey təkcə binalardan ibarət deyil.
O, sənin içində də böyüyür.
Bir dənə susanda, bir dənə yaltağa bəlkə düz deyir deyəndə, bir dənə həqiqəti indi vaxtı deyil deyib ötüşdürəndə, sənin içində bir dənə bina ucalır.
Bir müddət sonra baxırsan, öz vicdanının üstündə bir şəhər tikilib.
İndi mən qorxuram.
Qorxuram ki, bir gün o şəhər elə böyüyər ki, mənim içimdəki insanı əzər. Oranın fəxri sakini olaram.
Ona görə də yalvarıram ki;
- Ey ağlım, tərbiyəm, biliyim,
məni tərk eləmə.
Qoy bu şəhər üstümə gəlsin, amma sən içimdə qal. Çünki sən olmayanda, doğrudan da, üstümə bir şəhər gəlir.

---------------------------------------------------------------------------------------------------

Ağlıma gəlməyən insan o vaxtı, indi ucalıb, göylərə qalxdı...
Bir vaxtlar məhlədə “ə, get işinlə məşqul ol” dediyimiz adam indi hörmətli şəxsiyyət sayılır. Məktəbdə diktə zamanı dəftəri itdi, indi xalqın dərdinə baxır. İşdə bir kağızı düz tərtib edə bilməyən bu şəxs indi idarə təhvil-təslim edir, kürsüdən danışır. Görəsən, göylərə qalxmaq üçün raket lazımdır, yoxsa bir az yaltaqlıq ?
İndi elə dövrdür ki, savadlı susur, savadsız mövqe bildirir, özünü yazar sayır. Səs salmaq, danışmaq, hər şeydən baş çıxarmaq,  bunlar indi yeni iş  növüdür. Əvvəl oxuyan adam hörmət qazanırdı, indi özünü oxutduran  adam. A4 vərəqin telefon nömrəsi  kimi bilən, indi mediya holdinqin rəhbəridir.
O vaxtlar bu adamı tanıyanlar deyirlər ki,  buna kim səs verib axı.  Amma cavab da hazırdır, səs yox, hay verib. Cəmiyyət indi  savadı yox, sədaqəti sevir.
Hər yerdə bunlardan bir neçəsi var. idarədə, tədbirdə, efirdə, sosial şəbəkədə. Söhbət başlayanda hamısı bir ağızdan danışır ki, biri xalqdan danışıram deyir, o biri ölkəni sevirəm deyir. Amma xalq da, ölkə də onların çıxışından sonra daha çox yorulur.
Ən maraqlısı odur ki, indi hər kəs bu bəylərdən nəsə öyrənir. Məsələn, necə yaltaqlanmaq olar, necə ymühüm adamla şəkil çəkdirib nüfuz qazanmaq olar, necə hər mövzuda ekspert kimi görünmək olar...
Amma biz hələ də köhnə düşüncədəyik. Elə bilirik ki, ağıl, təmizlik, vicdan vacibdir. Halbuki indi vacib olan,  görünmək, danışmaq, hörmətsizdən,hörmətli sözünü eşitməkdir.
Və bax, elə bu səbəbdən o vaxt ağlıma gəlməyən adam indi göylərdədir. Çünki yer üzü artıq ağıllılar üçün çox dardır.
 Epiloqum:
- Deməli, kim desə ki, mən heç nəyə nail ola bilmirəm, ona belə cavab verin ki;
- Bir az da səssiz danışma, bir az da çox danış, az düşün.
Savadla yox, səs-küylə işləməyə başla.
Çünki bu dövrdə savad deyil, səs gətirir uğur.
Bəlkə sən də sabah hörmətli bəy olarsan.
Kim bilir, bəlkə sən də göylərə qalxarsan, təbii ki, ağıl ilə yox, havayla....
Məndən bu qədər.

------------------------------------------------------------------------------------------------------------------------------------

Ürəyində lazım deyil, avtobusda yer vermə mənə...
Bəzən işə gedib-gələrkən elə mənzərələr görürəm ki, adam bilmir gülmək lazımdır, yoxsa ağlamaq. Avtobusda bir tərəfdə kart dilənçiləri, o biri tərəfdə telefonun ekranına baxa-baxa öz kainatında itmiş gənclər...
Ən çox xoşuma 
gəlməyən  isə odur ki, kartında pulu olmayan bir nəfər səndən gediş haqqı istəyir. Əlində ayfon15, qulağında nauşnik , amma kartında 50 qəpik yoxdur. 
Deyir ki;
- Qardaş, bir gediş vur, Allah səndən razı olsun.
Mən də düşünürəm ki. bu kart dilənçiliyi artıq yeni peşə növüdür, diplom da verilməlidir.
Avtobusda baxırsan ki, oturacaqda cavan, qartal baxışlı bir oğlan oturub. Yanında isə ayağından güclə dayanan bir qoca. Əvvəlcə içimdə bir fikir yaranır ki,  bəlkə bu gəncin də ayağı ağrıyır, bəlkə nəsə ciddi problemi var. Amma sonra görürəm ki, problem təkcə tərbiyədədir. Ayaqları yox, vicdanı ağrıyırmış...
Telefonun səsini azaltsa, bəlkə böyüklərin ay bala, bir dənə yer ver də, sözünü eşidər. Amma hardan eşitsin ? 
Qulağında musiqi, başında loğa eqo, cibində kart borcu.
Mən bunu sadəcə tərbiyəsizlik deyil, müasir hörmətsizlik texnologiyası sayıram. Axı kişi olmaq, qadın olmaq, gənc olmaq fərq etməz, insan olmaq, əvvəlcə böyüyə hörmətlə başlayır.
Əgər sən avtobusda qocaya, qadına, xəstəyə yer vermirsənsə, deməli, böyümək sənin üçün sadəcə boy artımı olub. Ağlın, davranışın hələ uşaq bileti səviyyəsindədir.
Ona görə də mən belə gənclərə bircə söz demək istəyirəm ki;
- Ürəyində yer vermə mənə, avtobusda yer vermə mənə.
Sadəcə bir dəfə düşün ki. bəlkə sabah sənin də ayağın ağrıyar, sənin də yanında heç kim durub buyur, otur deməz.
Onda başa düşərsən ki, yer vermək təkcə oturacaq məsələsi deyil, insanlıq yeridir.

-------------------------------------------------------------------------------------------------------------------------

Yadplanetlilərdən daha təhlükəli yaxınlar.
( Satira )
İnsanı ən çox yoran şey, nə iş, nə imtahan, nə də həyatın özü deyil, pis və şərəfsiz qohumdur. Bəli, səhv oxumadınız. Pis qohum, doğma adıyla yad davranan, yad adıyla doğma gələn qəribə bir məxluq növü.
Bu növ, adətən illərlə səninlə əlaqə saxlamaz. Nə zəng edər, nə mesaj yazar, nə də necəsən deyə bir maraq göstərməz. Amma bir gün iş düşər, telefonun ekranında tanımadığın nömrə peyda olar, cavab verərsən, səs gəlir ki;
- Aaa, sən bizi axtarmırsan e, yadlaşmısan. Bərkə ölmüşəm...
Bu cümləni eşidən kimi artıq gecdir. Çünki qarşı tərəf artıq sənə  işi düşüb və tülkü variyantı ilə  deməyə hazırlaşır. Əvvəl bir az keçmişi yada salmaq, bir az da ailə bağlarını xatırlatmaq mərhələsi gəlirdi. İndi yox abırsız olaraq hücuma keçirlər. Ardınca isə yəni, bizdə elə bir vəziyyət yaranıb ki,  cümləsi başlayar. Və sən bilirsən ki, indi ya pul gedəcək, ya əsəb, ya da hər ikisi.
Yaxşı qohumlar,  nadir tapıntıdır. Kimdə varsa təbriklər, qoruyun.
Əlbəttə, istisnalar da var. Hər qohum pis deyil. Elə qohumlar var ki, insan dua edir ki, Allah onları qorusun. O qədər sədaqətli, o qədər səmimidirlər ki, belə qohuma can da qurban, çay da. Onlar səni iş üçün yox, ürək üçün axtarır. Amma onlar Qırmızı Kitabda az qala, nəsli kəsilməkdə olan insan növlər kimi qeyd olunmalıdır.
Pis və şərəfsiz  qohumun elmi tərifi, söyüşlə başlayır oda ürəydə. Utanırsan üzünə demək amma lazımdır. Həmişə pis qohumun yanında gülərüzlü, səmimi, mehriban bir ifritə arvadı olur. Oda səni görəndə az qala özündən gedə, day bilmir nə eləsin. Amma ərinin boynundakı ip onun əlindədir. Ə bunu kişiliydən salan məxluq helə bududa. Pis qohum, elmi dildə desək, homo qohumus zibiliyus yada kişi deyil faydalanus adlanır. Əlamətləri;
- Adətən yalnız işi düşəndə zəng edir, səsi yazığ və titrək. Bilirsən ki, telefonda səni tək bu qulaq asmır, arvadı sağ qulağına orda.
- Mış kimi tək yeyib içəndən sonra, bayramlarda, səni çox istəyirəm mesajı atır, amma səndən cavab gəlməsə incimir, çünki məqsədi odur ki, oxudum görünsün.
- Arvadının diqtəsi ilə sən gəzmirsən, yadlaşmısan cümləsini sözlə yox, silah kimi istifadə edir.
- Əgər sənə uşaqlıqda bir dəfə konfet vermişəm deyirsə, bil ki, indi ondan faizlə nəsə istəyəcək.
Belə qohumdan qorunma yolları budur ki, əgər bu növdən birinin hədəfindəsinizsə, panik etməyin, kobud formada cavab verin. Elm sübut edib ki, aşağıdakı üsullarla xilas mümkündür:
- Mən indi işdəyəm, uzaqdayam,  klassik müdafiə metodu. Əksər hallarda işləyir.
- Maaşım gecikir, borcumuz var, bərkə səndə nəsə olar sözləri ilə yola verin, möcüzə təsiri bağışlayır.
- Telefonun səsi gəlmir, sonra danışarıq, bu, pis qohumdan qaçışın şah əsəri sayılır.
Ən effektiv üsul isə, tam əlaqəni kəsmək. Çünki belə qohumla münasibət saxlamaq, ilanla dostluq eləməyə bənzəyir. Bir gün mütləq sancacaq, sadəcə vaxtını gözləyir.
Nəticədə budur ki;
- Əgər sənin də həyatında belə aktivləşən pis, nankor qohumlar varsa, deməli, tək deyilsən. Onları incitmək lazım deyil, sadəcə beyinində poz düyməsini basmaq kifayətdir. Axı, insanın rahatlığı heç bir pis qohum borcundan ucuz deyil.
Ona görə, əziz oxucu, özünü qoru, ailəni qoru, amma şərəfsiz və  pis qohumdan bir az daha çox qoru.
P.S- Oxuyandan sonra,  kimsə deyəcəki, görəsən kimi nəzərdə tutur. Zənginizə cavab vermədimsə deməli bir zənglə cavabımı aldınız.

Alxas Məmmədov.

Oxunub: 63
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az