Şamaxı Rayon Mərkəzi Xəstəxanasında sanitar-gigiyenik qaydalar üzrə təlim keçirilib. 
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməkdaşlar üçün “Sanitar-gigiyenik qaydalar” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimi xəstəxananın Dəstəy Xidmətləri şöbəsinin təsərrüfat bölmə müdiri Rövşən Xudaverdiyev aparıb.
Təlim zamanı tibbi müəssisələrdə təmizlik, dezinfeksiya, sterilizasiya, şəxsi gigiyena və infeksiyaların yayılmasının qarşısının alınması ilə bağlı mühüm məqamlar izah edilib. Həmçinin işçilərin sanitar-gigiyenik qaydalara düzgün əməl etməsinin xəstəxanada sağlam və təhlükəsiz mühitin qorunmasında əsas rol oynadığı vurğulanıb.
Təlimin məqsədi — xəstəxanada təmizliyin, sağlam mühitin və əməkdaşların təhlükəsizliyinin təmin olunması olub.
 
 
Oxunub: 46
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az