Nərd və Domino, millətin süni intellekti..
Boş vaxt deyəndə, bizdə ağla gələn ilk şey nərd və domino olur. Bəziləri üçün bu, həyat fəlsəfəsidir, bəziləri üçünsə işsizliyin sosial layihəsi. Sovet vaxtı qocaların məşğuliyyəti idi, indi isə cavanların işidir, fərq yaşda olsada, nəticə eynidir.
Kimi facebokda məqalə yazır, kimi həyət tinində domino diplomu qazanır. Bəzilərinin kadr uçot vərəqəsində iş yeri kimi, domino üzrə mütəxəssis yazmaq lazımdır,  hər gün 9-dan 6-ya qədər stol arxasında, fasilə vaxtı isə nərd bölməsi.
Dünya süni intellektdən danışır, robotlar artıq insan kimi düşünür, bəziləri Marsa gedir. Bizimkilər isə hələ də dominoda, əlində ikinin ağı olduğu halda, napariki niyə altılığa qoydun  mübahisəsini həll edə bilmir.
Əslində, bu sahə bizdə çoxşaxəlidir. Beş daş məktəb səviyyəsində, telefon domino isə gənclərin onlayn yarış platforması kimi fəaliyyət göstərir. İstəsən, bir Azərbaycan Domino Federasiyasıda yarada bilərik,  bölmələr olsun. Südlü domino, Qış nərdi  və Əlində iki, amma qoya bilməyənlər klubu.
Bəlkə də haqlıdırlar, axı domino da bir növ ağlı işə salmaqdır. Sadəcə fərq ondadır ki, biri fayıl yaradır, o biri çüt qoşa atır.
------------------------------------------------------------------------------------------------------------------------------------
Alçaqlar xoş gün görürsə, nə deyim bu zəmanəyə....
Bəzən baxıram ətrafa, adam çaşır, namuslu başlar yerə baxır,
utanmazlar isə səhnədə hörmətli qonaq adlanır.
Dünya tərsinə fırlanır, sanki.
Əlində kitab olan gənc işsiz,
əldə tanışlıqnolan isə müvəffəqiyyətli sayılır.
Bəziləri hər səhər güzgüyə baxıb vicdanlarını darıxdırır,
amma vecinə deyil, çünki artıq karyerası başlayır.
Kim daha çox əyilirsə, o da zirvəyə qalxır, 
mən isə fikirləşirəm ki, 
bəlkə kiminsə düz durmağım səhv imiş.
Bu gün birinə düz adam desən,
başqası elə bil təhqir eşidir.
Sanki düz olmaq artıq qəbahətdir,
yalan danışmaq isə diplomatik davranış.
Və beləcə, sonda yenə o sual gəlir dilimə:
- Alçaqlar xoş gün görürsə, nə deyim bu zəmanəyə.
Bəlkə də susmaq ən böyük tənqid,
ya da elə tənqid üçün ən gözəl cəzadır.
P.S- Bəs sən nə düşünürsən ?
------------------------------------------------------------------------------------------------------------------------------------------
Nə dəyişildi ki?” (satira)
Həyat boyda qəmim var, amma narahat deyiləm,  artıq qəm də premium səviyyəyə qalxıb, mənim kimi. Varlıyam, söz sahibiyəm, əmirlərim var. Hətta bəzən elə əmrlər verirəm ki, özüm də başa düşmürəm  amma vacib səslənir deyə, hamı başını tərpədir.
Əvvəllər sadə, kasıb, dürüst idim. O vaxt qapımı açanda külək girirdi, indi qapını açanda pul gəlir. Onda adam idim, indi brendəm.
Yumurtadan yun qırxan olmuşam, hər şeydən qazanc tuturam. Firavanlıq  edirəm. Çünki varlının kiridə də dəyərli olur. Amma axşamlar utanıram... Aynaya baxıram, üzümə baxa bilmirəm. Düzdü, baxa bilməməyimin bir səbəbi də odur ki, gözümün altında pul və əmir etmək kölgəsi düşüb.
Pulu mən qazanmadım, pul məni qazandı. O da məni çox bəyəndi, buraxmır. İndi pulun quluyam, amma yüksək maaş da məni qul kimi idarə edir, gec gəlmir, tez getmir.
Nə dəyişildi ki ? Heç nə. Sadəcə, əvvəllər çörəyin qırağını yeyirdim, indi bulkunun tərəfini. Amma dad eyni dad,  yalnız vicdan fərqlidi.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
Uşaqlarınıza üzü sulu yaşamaq üçün bunları öyrədin.
Valideynlik yalnız uşaqları böyütmək deyil, eyni zamanda onlara doğru dəyərləri aşılamaq deməkdir. Uşaqlar, gördüklərini təqlid edən, eşitdiklərini mənimsəyən, yaşadıqlarını gələcəyə daşıyan canlı güzgülərdir. Buna görə də onların sağlam, vicdanlı və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi üçün ailə mühüm rol oynayır.
Əgər özünüz ailə tərbiyyəsi görmüsünüzsə.
- Hörmət, hər kəsə, yaşına, peşəsinə, fikirlərinə və fərqliliklərinə görə hörmət etməkdə lazım deyil. Yəni bu filənkəsdisə deməli düz deyir. 
- Dürüstlük, həmişə həqiqəti söyləməyə can atmayın. Doğru yoldan ayrılmamaq üçün alternativ gəzməyin.
- Kitab oxumaq, vaxt itkisi demək deyil. Bilik və düşüncə dünyasını genişləndirmək üçün kitab oxumaqla iş bitmir. 
- Lağ etmək yaraşmaz. Heç kimin hissləri ilə oynamaq, kiminsə üzərindən gülmək doğru davranış deyil amma sənə deyincə.
- Söyüş söyməmək , söz insanın aynasıdır, təhqir və nalayiq ifadələrə yol verməmək vacibdir. Başqa yolla bunun cavabın vermək dahada yaxşıdır. - Təşəkkür etməyi bilmək, kiçik bir yaxşılığa qarşı minnətdarlıq göstərmək mədəniyyət və tərbiyə əlamətidir. Ən yaxşı vasitə maddi dəstək olmaqdır.
- Heyvan və təbiət sevgisin aşlamaq. Təbiəti və canlıları qorumaq, onlara qayğı göstərmək. Əgər dolanışığınızda ordandısa dahada məsuliyyətli olmaq.
- Hər tirkaya gedib əxlaqlı və mərd insan olmaq lazım deyil. Ədalətli, sadiq və vicdanlı olmaq hər şəxsiyyətin əsas sütunu deyil.
- Zamanı boşa xərcləməmək anlayışı gec tez yorğunluq gətirir. Vaxtın dəyərini bilmək, onu faydalı işlərə sərf etmək gələcək uğurun açarıdır.
- Qüsurlarla lağ etməmək amma söz sənə dəyirsə. Hər kəsin fərqli xüsusiyyətləri var, başqalarının zəif tərəflərini məsxərəyə qoymaq əxlaqsızlıqdır.
Uşaqlarımıza bu dəyərləri öyrətmək, onlara yalnız bu gün üçün deyil, bütün bir ömür üçün bələdçi vermək deməkdir. Unutmayaq ki, düzgün tərbiyə edilmiş bir uşaq sabahın sağlam cəmiyyətinin təməlidir.
----------------------------------------------------------------------------------------------------------------------------------------
Baba və Nənə tərbiyəsinin gücü..
Düzgün baba və nənə tərbiyəsi görən uşaq həmişə istiqamətli olur. Onların yanında böyüyən övlad nəinki ailə dəyərlərini, həm də həyatın mənasını daha dərindən anlayır. Baba və nənə uşağın ruhuna sevgi, mərhəmət, hörmət və əmək sevgisini aşılayır.
Bu gün bir çox ailələrdə valideynlər iş-güc dalınca gedir, bəzən uşaqlar baba və nənənin himayəsində qalır. Amma bu vəziyyət, əslində, uşağın bəxtinə yazılmış bir nemətdir. Çünki ahıl insanların söhbəti, nəsihəti və həyati təcrübəsi uşağın xarakterinin formalaşmasında əvəzsiz rol oynayır.
Hər bir insan üçün ata olmaq və baba olmaq həyatda ən gözəl və məsuliyyətli rollardandır. Əgər yaxşı ata olmaq istəyirsinizsə, vaxtında evlənin, ailənizə sevgi və diqqətlə yanaşın, həyat yoldaşınızı düzgün seçin. Övladınıza qarşı məsuliyyətli olun, ona gözəlliyi, zəhməti və insanlığı öz həyat tərzinizlə öyrədin.
Allah bütün babaları və nənələri uzun ömürlü etsin. Mən öz nənəmi görmüşəm, amma babamı görməyə nəsib olmayıb. Buna baxmayaraq, həmişə arzulamışam ki, hər bir uşağın həyatında baba və nənə bir yerdə olsun. Çünki övladın gələcəyi və düzgün tərbiyəsi onların varlığı ilə daha möhkəm bünövrə qazanır.
Kaş ki, hər uşağın baba və nənəsi yanında olaydı, sevgi, qayğı və təcrübə dolu bir ailə mühiti hər şeydən qiymətlidir.
Alxas Məmmədov.
-----------------------------------------------------------------------------------------------------------------------------------------
 
 
Oxunub: 57
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az