Kartofun qədim macərası və şamaxılı Kərimin müdrik narazılığı..



Kartofun qədim macərası və şamaxılı Kərimin müdrik narazılığı..
- 1570-ci illərdə ispanlar qızıl axtarmağa çıxıblar — Peruya gediblər, əllərində bel, dillərində “Oro! Oro!” deyə. Gedib çıxıblar And dağlarına, baxıblar ki, yerli camaat oturub bir növ yumru, palçığa oxşayan şey yeyir. Deyiblər ki, ay Allah, bunlar qızılı yemir, amma bu kök bitkisinə bu qədər hörmət edirlər. Məlum olub ki, o yumru şey İnkaların əsas yeməyidir, yəni, bizim dilimizlə desək, kartofun ulu babası.
İspanlar da boş durmayıblar. Qızıl tapa bilmədik, heç olmasa kartof aparaq, gəmidə yeyərik deyiblər. Amma gəmidə də onu yeməyiblər, elə-belə, xatirə kimi, And dağlarından gətirdik deyə kolleksiya üçün yığıblar. Gəlib İspaniyaya çıxanda camaat baxıb ki, bu nədir belə palçıq kimi, gözəlliyi də yoxdur, ətri də. Bu zəhərlidir, adamı öldürər,  deyib, donuzlara veriblər.
Bir əsr keçib, aclıq başlayıb, kral görüb ki, camaat aclıqdan ot yeyir, deyib ki;
-Ay bədbəxtlər, gedin o zəhərli dediyiniz kökü yeyin, heç olmasa öləcəyinizə qədər doyun.
Camaat da məcbur olub yeyib və... baxıblar ki, dadlı imiş. Beləcə, kartof Avropanın mətbəxinə daxil olub, ordan da dünyaya yayılıb.
İndi gələk əsas qəhrəmanımıza, şamaxılı Kərimə.
Kərim mərkəzi bazarda kartof satır, amma heç vaxt razı deyil.
- Əvvəla, bu kartofu mən əkirəm, qazanda bişirən başqası olur, deyir.
- Əvvəl İspan aparırdı, indi də supermarketlər. Mən 20 kilo kartofu çiynimdə gətirirəm, müştəri gəlib deyir bunun kilosu niyə belə bahadı. Ay bala, sən 1570-ci ildə o ispanın çəkdiyi əziyyəti bilirsən ?
Hər dəfə bir müştəri gələndə, Kərim tarix dərsi verir:
- Bilirsən, ay bacı, bu kartofun ulu babası And dağlarında doğulub. İspan aparıb, Avropa yeyib, indi gəlib mən satıram. Amma bax, mən hələ də aclıqdayam
Söhbətin sonunda da bir hikmətli cümlə işlədir ki;
- Görürsən də, nə qədər əsr keçdi, yenə kasıb kartofu yeyir, varlısı qızılı.
Sonra yenə bir nəfər gəlir, deyir ki:
- Kilosu  neçəyədi, dayı?
— Vallah, oğul, 1570-ci ildən bəri qiymət qalxır, amma mənim kefim düşmü.!Beləcə, İspanların qızıl axtarışı nəticəsində tapılan kartofun macərası, əsrlər sonra Şamaxılı Kərimin tərəzisində davam edir.
Kral zorla yedizdirmişdi, indi Kərim zorla satır.
Tarix təkrarlanır, sadəcə bu dəfə Peru yox, Şamaxı versiyasıdır.

--------------------------------------------------------------------------------------------------------------------------------

Satirik yazımı şeyirə çevirəndə..
Oxudum ki;
- Borc ilə gələcək dünyaya körpə,
O da böyüyəcək əl öpə-öpə.
Yazdım ki;
- Biri kreditlə gülür, biri faizlə ağlayır,
Müqəddəslik də artıq qaimə ilə satılır.
Uşağın beşiyi hələ sallanmazdan,
Pampers sponsorluğu gözləyir anadan.
Toylar taksit,  yaslar paylaşım,
İman da layk gözləyir, təəssüf, qardaşım.
Bir şey maddiyyatla ölçülərsə,
Ruh da əldən gedər, bədən qalarsa.
Səbəbkar kimdir, insanmı, cəmiyyətmi...
Fərqi yoxdur — biri düşünmür, o biri dəyərləndirmir.

---------------------------------------------------------------------------------------------------------------------------

Əziz dostum sualınıza bildiyim qədər cavab yazaram.  Bu, həqiqətən də çox maraqlı və düşündürücü bir sualdır. 
Cavab isə həm zarafatla, həm də qorxa-qorxa cavablandıram.
- Evlənmək hacan lazımdır ?
-  Gənclikdə tezdir, qocalıqda gecdir.
Bu cümlə insan həyatının ziddiyyətlərini çox gözəl ifadə edir. Gənclikdə insan hələ azaddır, öz yolunu axtarır,  evlənmək üçün emosional və maddi baxımdan bəlkə də hazır deyil. Birazda, kimin üçündəsə loxma olur. Qocalıqda isə artıq hər şey üçün bir az gecdir, həyat təcrübəsi var, amma zaman azalıb.
Bu səbəbdən hacan  yəni doğru zaman, çox nadir, bəlkə də bir anlıq bir tarazlıq nöqtəsidir. Müasir cavanlara hacan yox kiminlə evlənmək lazımdır sualını verin. Bunu tapan insanlar həm taleli, həm də ağıllı sayılır.

-------------------------------------------------------------------------------------------------------------------------------

Bıçaqla həm qan tökürlər, həm də çörək kəsirlər,  indi bu telefonda da belədir. Bir əlində qarət, bir əlində qəlyanaltı. ekranın bir tərəfində insanlıq, o biri tərəfində qaranlıq reklamlar. Sən canlı bir şeyi cansız çevirdinsə, onda kül oldu sənin başına,  amma narahat olma, kül də bir story atar, reaksiya gəldikcə kül yenidən alovlanar.
İnkişaf elə vaxtı oldu ki, əyləncə mütləqdir. Əyləncənin ən uca zirvəsi ? Ekranın parıltısı qarşısında saatlarla donub qalmaq. Oyun oynayırsan? Deməli, bala, səndən adam olmaz, ən azı profilində belə yazılıb. Axı bax ki,  telefon əslində idman zalı deyil, amma orada beyin əzələsi artıq gündə on saat məşq edir, heyrətamiz nəticəsi, reallıqda deyil, şəbəkədə yüksəlirsən.
Telefon və sosial şəbəkə böyük bir meşədir. Hər kəs orada bir ağacdır, bəziləri kök salıb dərin, bəziləri isə yalnız obraz yarpaqları ilə rəqs edir. Amma görürəm, səni insanlar dibini çox istifadə ediblər,  kim nə istəyibsə, düz dibindən qoparıb götürüblər.  İndi ağac daha çox koment  verir, az qala nəfəs almağı da bəyənməyə buraxırıq.
Nəticə ?
 İy gəlir. Telefonun iyidir, reklamın, yalanın və təqqirin paylanan tozun iyisi. Amma hələ də ümid var, bəlkə bir gün kimsə telefonu masanın üstünə qoyacaq, gözlərini qaldırıb çörəyi əlinə alacaq və anlayacaq ki, bıçaqla çörək kəsmək də mümkündür,  həm də qan tökmədən. Və bəlkə o gün bizim meşəmiz artıq daha çox kölgə və 
az olsa canlı ilə dolu olacaq.

-----------------------------------------------------------------------------------------------------------------------

Cihazlar da adam olur....
Deyirlər, texnologiya inkişaf edir. Amma məncə, artıq o, təkcə inkişaf etmir, insanlaşır.
Bir az da bahalaşsalar, məsələn, 20 qəpik, bu gün liftlər salam deyəcək, tosterlər əhvalın necədir soruşacaq, mətbəx kombaynı sən bu qədər streslisən, bəlkə validol içəsən, deyəcək.
Paltar yuyan maşınlar artıq səssiz ağlamayacaq, yəqin proqramın ortasında dayanıb, bəs səni kim yuyur, ay insan, deyə soruşacaq. Qabyuyan da qazana baxıb dərin bir nəfəs alacaq ki,  sən bu yağlılığı haradan tapdın..
Əvvəllər cihazlar əmri gözləyirdi, indi isə məşvərət verir. Bəlkə də, sabah bir gün, həkimə getməyə ehtiyac qalmayacaq, paltar yuyan maşın simptomlarını analiz edib deyəcək ki, sənə bir az istirahət lazımdır, həm də vitamin D azlığın var.
İnsanın işi çətinləşib.
Artıq texnikanı alanda texniki göstəricilərinə yox, xasiyyətinə baxmaq lazım olacaq.
Dünyanın axırda texnikanın rüşvət alması olacaq.

--------------------------------------------------------------------------------------------------------------------

Dədə, qurban olum o,  remeninə...
Dədə !!! 
(Allah sənə rəhmət eləsin...)
Qurban olum sənin o remeninə !!!
O remendə bir institut var idi, elə bil diplomu da ordan verirdilər.
O remen elə bir dünyavi təhsil müəssisəsi idi ki, kim bir dəfə imtahana girirdisə, bir də unutmurdu.
Elimdə idi, oxumaqda idim, hələm idmanda da məni o remen motivasiya edirdi.
O vaxt uşaq ağlımızla fikirləşirdik ki, dədənin remeni yüksək səviyyəsində bir tərbiyə alətidir.
İndi isə...
İndi dədələr o remeni ancaq şalvar düşməsin deyə istifadə edirlər.
Tərbiyə yox, nizam-intizam 
yox, remen sadəcə aksessuardır.
Uşaqlar isə ata, mənim hüquqlarım var deyib, remeni tərbiyə  konstitusiyasından çıxarıblar.
Eh, dədə...
Sənin o remenin səsi evin içində qanun  kimi səslənirdi, nə məhkəmə vardı, nə də vəkil.
Bir şak səsi yetərdi ki, hamı dərhal ciddiləşsin.
İndi o şakın yerini tiktok səsi tutub.
Ona görə də deyirəm ki;
- Bəlkə də biz remenlə deyil, amma o remenin intizamı ilə böyümüşük.
İndi isə nə intizam qalıb, nə də o remenin tədris planı.
Sonda nənəmin nar cubuğuda yadıma düşür. Hələm göydən gələn şərpik və 42 razmerli qaloşu demirəm.....

Alxas Məmmədov.








Oxunub: 36
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az