Şıxbala Elcan



Şıxbala Elcan.

Şıxbala Bayramov Qobustan rayonunun Təklə kəndində yaşayır. O,ali məktəbi bitirdikdən sonra Şamaxı və Qobustan rayonlarında məsul vəzifələrdə çalışmışdır.Hal-hazırda təqaüddədir və Qobustan Rayon Ağsaqqallar Şurasının sədridir.Şıxbala müəllim bədii yaradıcılıqla da məşğul olur. Onun "Həsən Bəsrinin zikri", "Qoşa Nur" və "Qurani Kərimin anlamı qafiyəli nəsrlə " kitabları oxucuların ixtiyarındadır.İndi də bu sayt vasitəsilə Şıxbala Elcanın "Qobustanın varidatı"adlı şeirini izləyicilərin diqqətinə çatdırıram. 

QOBUSTANIN VARİDATI

Könlüm sevir Qobustanı 

Cənnət kimi havası var.

Nemətləri can dərmanı 

Min bir dərdə dəvası var. 

   *       *       *

Mehriban eli-elatı

Qozlu çayı, Pirsaatı 

Övliyalar varidatı 

Mərifətdən mayası var. 

*       *       *

Tarixdən qocadır yaşı 

Zirvədən ucadır başı

Əsrlərin can sirdaşı 

Ölməz “Diri baba”-sı  var 

*       *       *

Milli Qəhrəmanı Şikar 

Elyarı, Mirdaməti var.

Şəhidlər əbədi yaşar 

Qazilərin sırası var. 

*       *       *

Elmin zirvəsinə doğru 

Yarışdadır qızı oğlu   

Mirabbas açdığı yolu

Gedir kimin zəkası var. 

*       *       *

Möcüzədir bu məmləkət

Aşıb daşır bar-bərəkət 

Tanrı belə qıyıb;-əlbət!

Hər yanda xoş sədası var. 

*       *       *

Təbiəti bir bahardı 

Səxavəti eldə cardı

Övladları nəğməkardı

Sazı-sözü nəvası var. 


Cəngidən ötüşən yolları

Qucar, mənzilə çatdırar

O yerə ki, könül oxşar 

Çiçəklərin şəfası var. 

*       *       *

Yurdu müqəddəs bilənə 

Səcdəsinə əyilənə 

Uğuruna öyünənə 

Elin xeyir duası var. 

*       *       *

Vəsf elə Şıxbala Elcan 

Qoy dillərdə olsun dastan 

Bilsin ki, qədim Qobustan 

Sən tək sevən balası var.  

                   Şıxbala Elcan 

08.11.2025 ci il



Məhəmməd Bayramov 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Oxunub: 132
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az