34 ildən sonra eyni sinif, eyni hörmət, eyni sevgi.
Bəzən zaman insanları ayırır, amma xatirələri əsla silə bilmir. Aradan illər, hətta onilliklər keçsə də, məktəb illərinin izi yaddaşlardan silinmir. Elə bu duyğularla biz, bir vaxtlar eyni sinifdə oxuyan şagirdlər, 34 ildən sonra yenidən bir araya gəldik. Bu görüşün səbəbi isə hamımız üçün çox dəyərli olan sinif rəhbərimizin Xanzada müəllimənin ad günü idi.
Uzun illərdən sonra baş tutan bu görüş adi bir yığıncaq deyildi. Bu, keçmişə səyahət, uşaqlıq xatirələrinin yenidən canlanması, saf və səmimi hisslərin paylaşılması idi. İlk baxışdan hamının üzündə eyni sevinc, eyni həyəcan hiss olunurdu. İllər dəyişmişdi, saçlara ağ düşmüşdü, amma baxışlarda yenə də məktəbli istiliyi vardı.
Tədbir olduqca maraqlı və həzzverici keçdi. Hər kəs öz xatirələrini bölüşdü, sinif illərində yaşanan maraqlı hadisələr yada salındı, gülüş və kövrək anlar bir-birini əvəz etdi. Sinif rəhbərimizə, Xanzada müəlliməyə ünvanlanan səmimi sözlər, təşəkkürlər və xoş arzular görüşə xüsusi bir mənəvi dəyər qatdı. Onun illər əvvəl göstərdiyi zəhmətin, verdiyi tərbiyənin bu gün də necə qiymətləndirildiyi açıq-aşkar hiss olunurdu.
Bu görüş bir daha sübut etdi ki, müəllim-şagird münasibəti illərlə unudulmur, əksinə zaman keçdikcə daha da dəyərli olur. 34 ildən sonra belə bir araya gəlmək, eyni sinifin bir parçası olduğunu hiss etmək hər kəs üçün böyük xoşbəxtlik idi.
Sonda hamının ortaq fikri bir idi: bu cür görüşlər davamlı olmalıdır. Çünki bu görüşlər təkcə xatirələri deyil, həm də insanları bir-birinə daha da yaxınlaşdırır. Bu gözəl tədbir yaddaşlarda silinməz bir iz buraxdı və hamımıza xoş duyğular bəxş etdi.
Alxas Məmmədov
Oxunub: 110
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az