Kölgə və Gül.



Kölgə və Gül.
Gül həmin gecə tez yuxuya getdi. Günün yaşananları, stadionda deyilən sözlər hələ də zehnində dolaşırdı. Yuxusu dərinləşdikcə özünü tamam başqa bir yerdə gördü.
O, sıx və səssiz bir meşədə təkbaşına gəzişirdi. Hündür ağaclar göyə doğru uzanır, yarpaqlar arasından zəif işıq süzülürdü. Hər addımında ürəyi bir az daha sürətlə döyünürdü. Birdən arxadan gələn ağır addım səsləri onu diksindirdi.
Gül arxaya baxanda iri bir canavarın ona tərəf yaxınlaşdığını gördü. Qorxu bütün bədənini bürüdü. Qaçmağa başladı. Ayaqları titrəyirdi, nəfəsi kəsilirdi, amma dayanmaq olmazdı. Meşə sanki bitmirdi.
Tam ümidini itirdiyi anda metal səsi eşidildi. Qarşısında bir cəngavər peyda oldu. Əlində qılınc vardı, duruşu möhkəm idi. O, canavarın qarşısına keçdi və Gülü arxasında qorudu. Gül qorxudan gözlərini yumdu.
Bir neçə an sonra hər şey sakitləşdi.
Gül gözlərini açanda canavar yox idi. Cəngavər hələ də qarşısında dayanmışdı. Üzünü görmək istədi, amma sanki duman onun simasını gizlədirdi. Nə qədər diqqətlə baxsa da, üz cizgilərini seçə bilmirdi. Amma qəribə olan bu idi: o, bu cəngavəri tanıyırmış kimi hiss edirdi. Onun varlığı Gülə rahatlıq verirdi.
Cəngavər heç nə demədi. Sadəcə başını yüngülcə əydi və geri döndü. Gül onun arxasınca səslənmək istədi, amma səsi çıxmadı.
Bu an Gül yuxudan oyandı.
Otaq qaranlıq idi, amma ürəyi işıqla dolu idi. Eyni zamanda içində qəribə bir boşluq hiss edirdi. Sanki yuxuda gördüyü o cəngavərə bağlanmışdı. Bu bir qorxu yox, incə və anlaşılmaz bir hiss idi  vurğunluğa bənzəyirdi.
Gül başa düşə bilmirdi ki, bu yuxu sadəcə yuxu idimi, yoxsa ürəyinin ona demək istədiyi gizli bir həqiqət ?
Gül Şamaxı THT texnikumunda oxuyurdu. Bu məktəb onun üçün sadəcə təhsil aldığı bir yer deyildi eyni zamanda formalaşdığı, özünü tanıdığı bir məkandı. Qrup yoldaşları Azərbaycanın müxtəlif şəhərlərindən gəlmişdilər. Hərəsinin fərqli xasiyyəti, fərqli hekayəsi vardı və bu müxtəliflik Gülün dünyagörüşünü daha da genişləndirirdi.
Texnikumda müəllimlərə olan hörmət xüsusi idi. Gül özünü şanslı sayırdı, çünki çox savadlı və anlayışlı müəllimlərdən dərs alırdı. Əliməhəmməd müəllim və Alxas müəllim onun bədən tərbiyə müəllimləri idi onlar hər mövzuları həyatla bağlamağı bacarırdılar. Məktəbin direktoru İqbal müəllim ciddi görünsə də, tələbələrə qarşı ədalətli və qayğıkeş idi.
Xəyalə müəllimə, Mətanət müəllimə və Sevinc müəllimə tələbələrə həm bilik, həm də özünə inam aşılayırdılar. Gülər müəllimə, Mehdi müəllim Pənah müəllim Nemət müəllim isə intizamı ilə seçilirdi.
İlahə müəllimə, Aynurə müəllimə və Şəbnəm müəllimə Gülün yaddaşında xüsusi yer tuturdu. Onlar təkcə dərs demir, eyni zamanda yol göstərirdilər. Gül bəzən düşünürdü ki, bu müəllimlərin hər biri onun həyatında görünməz izlər buraxır.
Bütün bu mühit  məktəb, müəllimlər, dostlar Gülün iç dünyasını zənginləşdirirdi. Amma son vaxtlar ürəyində anlaşılmaz bir hiss dolaşırdı. Yuxusunda gördüyü o naməlum cəngavər və stadionda yaşananlar sanki bir-biri ilə əlaqəli idi. Gül hələ bunun fərqində olmasa da həyat onu yeni suallara və cavablara doğru aparırdı.
Cəbrayılova Gülay.

Oxunub: 75
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az