Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.
Üçüncülük görüşündə “Sərhədçi” komandası “Embawood” üzərində 2:1 hesablı qələbə qazanaraq bürünc medal əldə edib. Finalda isə “Elit” komandası “Polad” komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olub. “Polad” komandası yarışı ikinci yerdə başa vurub.
Sonda ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif olunublar, çempion “Elit” komandasına isə 12-ci Prezident Kuboku təqdim edilib.
Oxunub: 94
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az