Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyəti Şamaxı rayonunun Quşçu kəndinə səyyar həkim qəbulu keçirmək məqsədilə səfər edib.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkim heyəti Şamaxı rayonunun Quşçu kəndinə səyyar həkim qəbulu keçirmək məqsədilə səfər edib.Səfərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktorunun müavini-ilkin səhiyyə xidmətinin rəhbəri Məhəmməd Gözəlov da iştirak edib.Səfərin əsas məqsədi kənd əhalisinin tibbi xidmətə çıxışını asanlaşdırmaq və onların sağlamlıq durumunu yerində qiymətləndirmək olub.Kardioloq,oftalmoloq, nevropatoloq,pediatr,terapevt və ginekoloq ixtisasları üzrə həkimlər kənd sakinlərini müayinə ediblər.Ümumilikdə 55 nəfərə 120 tibbi xidmət göstərilib. Rayon mərkəzindən uzaqda yaşayan vətəndaşlara yerində tibbi xidmət göstərilməsi məqsədilə bu cür səfərlər mütəmadi şəkildə davam etdiriləcək.
Oxunub: 85




















