Eynət Cahangir oğlu Zeynalov.



Eynət Cahangir oğlu Zeynalov.
Zeynalov Eynət Cahangir oğlu 1955-ci ildə Şamaxı rayonunun Talışnuru kəndində anadan olmuşdur.
1961 ci ildə Şamaxı rayonunun Talışnuru kənd 8 illik məktəbin 1-ci sinfinə daxil olub, 1969 cu ildə 8 ci sinifi bitirib.
1970-ci ildə Bakı Maliyyə-Kredit Texnikumuna daxil olub 1972 -ci ildə həmin  texnikumunu bitirib.
1972-74 cü illərdə nəşriyyatda "Yeni Şirvan" qəzetində işə başlamışdır.
1974 cü ilin yazında hərbi xidmətə çağırılıb ,1976-cı ildə   hərbi xidməti bitirib yenidən nəşriyyatda işlə təmin olunmuşdur.
Daha sonra 1976 cı ildən 2023-cü  ilə ilə qədər (47 il ) Şamaxı rayon təhsil idarəsində mühasib , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı Rayon Komitəsində Baş Mühasib vəzifələrində işləmişdir.
2010-cu  ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) təsis edilməsinin 90 illiyi ilə əlaqədar Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə “Yubiley Döş Nişanı” ilə təltif edilmişdir.
04.06.2010-cu ildə (ATİAHİ) tərəfindən Həmkarlar İttifaqındakı xidmətlərinə görə medalı ilə təltif edilmişdir.
2020-ci  ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) təsis edilməsinin 100 illiyi ilə əlaqədar Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə “Yubiley Döş Nişanı” ilə təltif edilmişdir.
Eynət Zeynalov 12.01.2025-ci ildə 70 yaşında vəfat etmişdir.  Dəyərli ziyalımız Şamaxı rayonunun Nağaraxana kənd qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.

Şamaxı WS.

Oxunub: 95
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az