ATF milli və beynəlxalq hakimlər üçün seminar və iclas keçirib.



ATF milli və beynəlxalq hakimlər üçün seminar və iclas keçirib.
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə milli və beynəlxalq dərəcəli hakimlər üçün bir günlük seminar və iclas keçirilib.
Seminar ATF-in Hakimlər Komitəsinin sədri Gündüz Abdullayevin rəhbərliyi altında təşkil olunub və əsasən nəzəri hissədən ibarət olub. Tədbirin keçirilməsində məqsəd 24–27 dekabr 2025 ci il tarixlərində gənclər və böyüklər arasında baş tutacaq respublika birinciliyi və çempionatına hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi olub. Seminar zamanı Gündüz Abdullayev 2026-cı ildən etibarən Dünya Taekvondo Federasiyası tərəfindən tətbiq olunacaq yeni qaydalar barədə hakimlərə qısa məlumat verib. Bildirilib ki, bu qaydalar daha ədalətli və şəffaf idarəçiliyin təmin olunmasına xidmət edəcək və gələcəkdə hakimlər tərəfindən geniş şəkildə tədris ediləcək.
Daha sonra hakimlərin seçim mərhələsi keçirilib. Ümumilikdə 31 hakim arasından qarşıdan gələn respublika birinciliyi və çempionatında fəaliyyət göstərəcək 20 hakim müəyyənləşdirilibSonda vurğulanıb ki, hakimlərimizin yeni ildə yeni uğurlara və nailiyyətlərə imza atacağına inanılır. Onların üzərinə düşən məsuliyyətin daha da artdığı, 2026-cı ildən qüvvəyə minəcək yeni qaydaların ədalətli şəkildə tətbiqi və tədrisinin isə taekvondonun ölkəmizdə daha da inkişafına böyük töhfə verəcəyi qeyd olunub.

Oxunub: 101
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az