Valideyn konfransları yekunlaşıb.



Valideyn konfransları yekunlaşıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə sonuncu valideyn konfransı Qobustan rayonunda məktəb-ailə əməkdaşlığının gücləndirilməsi məqsədilə "Ailədaxili münasibətlərin uşağın məktəb davranışına təsiri", "Tədris motivasiyası və öyrənməyə marağın artırılması", "Uşaqların emosional təhlükəsizliyi:Bullinqə qarşı birlikdə", "Təhsildə sosial iş" mövzularında keçirilib.
Qobustan Gənclər Evinin inzibati binasında keçirilən Konfransda Yeni Azərbaycan Partiyası Qobustan Rayon Təşkilatının sədri Qasım Qasımov, Qobustan Rayon Təhsil Sektorunun müdiri Tahir Səbzaliyev, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşı Lalə Yaqubova, Qobustan Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Vüsal Məmmədov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Nərgiz Sadıqzadə, Qobustan rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Qadir Əkbərov, Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan Regional filialının baş mütəxəssisi Rəsulzadə İlahə, Qobustan Rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər iştirak etmişdir.  
Konfrans zamanı qeyd edilən mövzularda müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb, mövzular üzrə tövsiyələr verilmişdir.

Oxunub: 76
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az