

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında “Möhtəşəm Zəfər yolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, ictimaiyyət nümayəndələri, gənclər və partiya fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açıq elan edib, daha sonra “Möhtəşəm Zəfər yolu: Yeni zirvələrə doğru” adlı sənədli film nümayiş olunub.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya veteranı Mail Alıcanov çıxış edərək Azərbaycan dövlətinin qazandığı tarixi qələbənin siyasi və tarixi əhəmiyyətindən danışıblar, bu möhtəşəm Qələbənin Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və ordumuzun qəhrəmanlığı sayəsində əldə olunduğunu vurğulayıblar. Çıxışlarda, eyni zamanda, xalq–iqtidar birliyinin ölkəmizin möhkəmlənməsi, dayanıqlı inkişafı və gələcək hədəflərə doğru inamla irəliləməsində mühüm rol oynadığı xüsusi qeyd edilib.
Tədbirin ikinci hissəsində 5 saylı Ərazi Partiya Təşkilatının sədri, Yeni Azərbaycan Partiyasının veteran üzvü, yubilyar Rəfail Tağızadənin partiya sıralarındakı uzunmüddətli və səmərəli fəaliyyətinə görə Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunub. Daha sonra iştirakçılar yubilyarı təbrik edərək ona möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Oxunub: 93
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az